UEFA seçmə mərhələsinin püşkü: Azərbaycan 24 komanda arasında

UEFA seçmə mərhələsinin püşkü: Azərbaycan 24 komanda arasında
11.12.2025 12:09 UEFA

Dekabrın 12-də futzal üzrə 2028-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılacaq.

TodayPress TV Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, milli komanda UEFA reytinqində 25-ci yerdə olsa da, Rusiyanın cəzalı olması səbəbindən əsas mərhələdən başlayan 24 komanda arasında yer alacaq.

Avropa zonasından 2028-ci il dünya çempionatına 7 komanda vəsiqə qazana bilər. Əgər turnirə Avropa ölkələrindən biri ev sahibliyi etsə, seçmə mərhələlərdən 6 komanda dünya çempionatına yüksələcək.

İlkin mərhələdən 12 komanda əsas raunda yüksəldikdən sonra ümumi iştirakçı sayı 36 olacaq. Sonradan hərəsində 3 komanda olmaqla 12 qrup təşkil olunacaq. 

Qrup qalibləri və ən yaxşı göstəriciyə malik dörd qrup ikincisi birbaşa Elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off matçlarında gücünü sınayacaq və cütlərin qalibi olan 4 komanda Elit-raunda vəsiqə qazanacaq. Bütün oyunlar ev-səfər prinsipi ilə keçiriləcək.

Əsas mərhələnin oyunları 2026-cı il 12 oktyabr tarixindən start götürəcək. Pley-off görüşləri isə 2027-ci il 12–21 aprel tarixlərində keçiriləcək. 

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib ? 10:05 Prezident Bakı 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 Все новости