Futbolçulara qarşı irqçi şüarlar səsləndirildi

Futbolçulara qarşı irqçi şüarlar səsləndirildi
02.08.2025 09:00 UEFA

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Belqradın “Partizan” klubunun azarkeşləri Ukraynanın “Aleksandriya” komandasının futbolçularına qarşı irqçi ifadələr işlədib.

TodayPress TV xəbər verir ki, bu barədə Serbiyanın “Telegraf.rs” nəşri məlumat yayıb. 

Bildirilir ki, Belqrad şəhərində baş tutan “Partizan” – “Aleksandriya” (4:0) oyununda serb azarkeşlər rəqib komandanın furbolçularına “Qaraçı, qaraçı” deyə səsləniblər. İnsident, ukraynalı futbolçunun “Partizan”ın oyunçusunu itələyib yerə yıxmasından və komandalar arasında toqquşmadan sonra baş verib.

Həmçinin serb azarkeşlər Rusiya və Moskva “ÇSKA”sı ilə qardaşlığa dair mahnılar oxuyub. Oyunun sonlarına yaxın isə “Srvena Zvezda” azarkeşlərinin tez-tez istifadə etdiyi NATO əleyhinə şüarlar səsləndirilib.

Bundan əlavə, ukraynalı futbolçulara cavab görüşündə öz milli bayraqları ilə meydana çıxmaq qadağan edilib, bu da ciddi narazılıqlara səbəb olub.

Qeyd edək ki, “Aleksandriya” iki oyunun nəticəsinə görə “Partizan”a 0:6 hesabı ilə məğlub olaraq turnirdən kənarlaşdırılıb.

Namiq HUN

XƏBƏR LENTİ
01 IYUN 2026
ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Azərbaycandan Ermənistana gübrə və buğda göndəriləcək? 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Bütün Xəbərlər