Derbi və revanş – ÇL-də həyəcan pik həddə!

Derbi və revanş – ÇL-də həyəcan pik həddə!
08.04.2026 11:24 UEFA

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

TodayPress TV xəbər verir ki, ikinci oyun günündə daha iki maraqlı qarşılaşma baş tutacaq. 

“Pari Sen-Jermen” “Park de Prens”də “Liverpul"u, “Barselona” isə “Kamp Nou”da “Atletiko”nu qəbul edəcək. 

Başqa sözlə, Barselonada ispan derbisi, Parisdə isə ötənilki pley-off qarşılaşmasının təkrar oyunu baş tutacaq.

“BARSELONA” – “ATLETİKO” 


Bu komandaların UEFA turnirlərində əvvəlki bütün qarşılaşmaları da Çempionlar Liqasının 1/4 final mərhələsinə təsadüf edib. “Atletiko” hər iki dueldə qalib gəlib – Madrid təmsilçisi 2013/14 mövsümündə iki oyunun cəminə görə 2:1 (səfərdə 1:1, evdə 1:0) və 2015/16 mövsümündə 3:2 (səfərdə 1:2, evdə 2:0).

“Barselona” üçün bu, avrokuboklarda həmyerlilərə qarşı 25-ci oyundur (Q7 H6 M11), “Atletiko” üçün isə 26-cı (Q11 H5 M9).

“Barselona” ispan klubları ilə 11 iki oyunlu qarşılaşmanın yalnız 4-də mərhələ adlaya bilib və son 11 matçın cəmi üçünü qazanıb (H3 M5).

Kataloniya təmsilçisi avrokuboklarda son 18 ev oyunundan yalnız ikisini uduzub (Q13 H3).

“Barselona” Çempionlar Liqasında son 30 oyunun yalnız 1-də qol vura bilməyib, lakin artıq 13 oyundur qapısını toxunulmaz saxlaya bilmir.


“Atletiko” ispan klubları ilə 10 iki oyunlu duelin 5-də qalib gəlib və 5-də uduzub. “Hindular” son 7 matçda isə cəmi iki məğlubiyyət alıb (Q4 H1).

Madrid təmsilçisi avrokuboklarda son 7 səfər oyununun yalnız 1-də qalib gəlib (H2 M4).

“PARİ SEN-JERMEN” – “LİVERPUL”


PSJ və “Liverpul” altı dəfə qarşılaşıb və hər iki komanda üç qələbə qazanıb. Lakin iki oyunlu duellərdə Paris təmsilçisi rəqibindən üstün olub: 1996/97 mövsümündə Kubok Qalibləri Kubokunun yarımfinalında (ümumi 3:2) və ötən mövsüm Çempionlar Liqasının 1/8 finalında penaltilər seriyasında.


PSJ İngiltərə klublarına qarşı son 10 oyunun yalnız 1-də uduzub (Q7 H2). Komanda son 7 matçda məğlubiyyət yaşamayıb (Q5 H2). PSJ-nin evdə Premyer Liqa təmsilçilərinə qarşı keçirdiyi 5 oyunda 4 qələbə və 1 heç-heçə var.

Fransa nəhəngi ingilislərlə son dörd iki oyunlu qarşılaşmanın hamısında qalib gəlib. Ötən mövsüm “Liverpul”, “Aston Villa” və “Arsenal”ı mübarizədən kənarlaşdıran PSJ, cari mövsümdə 1/8 finalda “Çelsi”ni keçib.

Paris təmsilçisi Çempionlar Liqasının son dörd 1/4 finalında qalib gəlib və turnirdə ardıcıl altı iki oyunlu dueldə üstün olub.


“Liverpul” Fransa klublarına qarşı son 11 oyunun 7-də qalib gəlib (H1 M3).

“Mersisaydlılar” Çempionlar Liqasının son səkkiz 1/4 finalının 6-da qalib olub.

“Liverpul”un avrokuboklarda fransızlara qarşı keçirdiyi 36 oyunun heç biri 0:0 hesabı ilə başa çatmayıb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Все новости