Serbiyaya birbaşa reyslər turist axınını artıracaq – Ekspert

Serbiyaya birbaşa reyslər turist axınını artıracaq – Ekspert
16.02.2026 14:56 Туризм

Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında bildirib ki, yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan turizm eksperti Samir Dübəndi deyib ki, ölkələr arasında siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsi turizmə birbaşa və dolayı təsir göstərir. 


Onun sözlərinə görə, dövlət başçıları səviyyəsində aktiv dialoq olduqda biznes və turist səfərləri daha təhlükəsiz və proqnozlaşdırıla bilən görünür:   

"Etimad faktoru güclənir. Bu isə fərdi turistlərdən əlavə korporativ və MICE (işgüzar turizm) seqmentinin aktivləşməsinə gətirib çıxarır. 

Aviasiya və logistika genişlənir. Birbaşa uçuşların açılması və ya artırılması səfər xərclərini və vaxtını azaldır. Təcrübə göstərir ki, viza rejiminin sadələşdirilməsi və ya qarşılıqlı təşviq mexanizmləri tətbiq edildikdə turist axını qısa müddətdə əhəmiyyətli artım göstərə bilir.

Marketinq imkanları yaranır. Turizm qurumları və assosiasiyalar arasında əməkdaşlıq nəticəsində kombinə olunmuş turlar, mədəniyyət və idman tədbirləri təşkil edilir. Bu, hər iki ölkənin turizm məhsulunu diversifikasiya edir və yeni auditoriyalara çıxışı təmin edir.  

İnvestisiya mühiti aktivləşir. Əlaqələrin güclənməsi hotel, iaşə, əyləncə və infrastruktur sahəsində qarşılıqlı investisiyalara zəmin yaradır. Bu isə xidmət keyfiyyətini və rəqabət qabiliyyətini yüksəldir.  

İmic və tanınma artır. Media və rəsmi səfərlər nəticəsində ölkələr bir-birinin informasiya gündəmində daha çox görünür. Turizmdə görünürlük artıq yarı qələbə deməkdir".  

Ekspertin fikrincə, reallıq ondan ibarətdir ki, siyasi yaxınlaşma özü-özlüyündə turist axını yaratmır. Lakin düzgün strategiya, koordinasiya və bazar yönümlü yanaşma ilə bu fond real iqtisadi nəticəyə çevrilə bilər. Turizm diplomatiyanın ən praktik dividendidir:

"Birbaşa uçuşların açılması turizm əlaqələrinin inkişafında həlledici amildir. Tranzitlərin aradan qalxması səfər müddətini və xərcləri azaldır, marşrutu daha cəlbedici və rəqabətqabiliyyətli edir. Təcrübə göstərir ki, birbaşa hava bağlantısı olan istiqamətlərdə turist axını daha sabit və davamlı olur. Bundan əlavə, birbaşa reyslər tur operatorları üçün paketlərin formalaşdırılmasını asanlaşdırır və bazarın daha sürətli böyüməsinə şərait yaradır. Qısası, hava yolu olmadan turizm inkişaf etmir. Birbaşa uçuş isə bazarın real açarıdır".

Mütəxəssis vurğulayıb ki, birbaşa reyslərin açılması halında ilkin mərhələdə turist axınında 15-30% arası artım real görünür, xüsusilə qısa müddətli şəhər turları və biznes səfərləri seqmentində:

"Əgər marşrut sabit qrafiklə və rəqabətli qiymətlərlə fəaliyyət göstərərsə, 2-3 il ərzində qarşılıqlı turist dövriyyəsinin iki dəfəyə qədər artması mümkündür. Bununla yanaşı, MICE tədbirləri, tələbə mübadiləsi və tibbi turizm istiqamətləri də aktivləşə bilər. Lakin nəticənin davamlı olması marketinq dəstəyi, tur operator əməkdaşlığı və dövlət səviyyəsində koordinasiyadan birbaşa asılı olacaq. Düzgün idarəetmə ilə bu reyslər yalnız nəqliyyat xətti deyil, iqtisadi əməkdaşlığın katalizatoruna çevrilə bilər.

Serbiya Balkan regionunda şəhər, sağlamlıq, dağ və tədbir turizmini birləşdirən diversifikasiya olunmuş modelə malikdir. Paytaxt Belqrad şəhər turizmi, gecə həyatı və konqres tədbirləri ilə seçilir. Novi Sad mədəniyyət və festival turizmi mərkəzidir. Dağ turizmi üzrə Kopaonik qış mövsümündə əsas istiqamətdir, sağlamlıq turizmi isə Vrnyaçka Banya kimi kurort şəhərlərində cəmləşir. Serbiya qiymət baxımından rəqabətlidir, vizasız və ya sadələşdirilmiş giriş rejimi bir çox bazar üçün üstünlük yaradır, həmçinin Belqrad regional hava qovşağı kimi tranzit imkanları təqdim edir".  

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Все новости