Azərbaycanda qış turizm mövsümü açıq elan olundu

Azərbaycanda qış turizm mövsümü açıq elan olundu
19.12.2025 10:08 Turizm

18-19 dekabrda qış turizmi mövsümünün açılışı ilə əlaqədar Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinə iki günlük mediatur təşkil edilib.

TodayPress TV xəbər verir ki, mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlığı, qonaqlara təqdim olunan turizm məhsullarının tanıdılması, o cümlədən kompleksdə aparılan işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır. 

Tədbir çərçivəsində media nümayəndələrinə “Şahdağ” Turizm Mərkəzinin 2025-ci il üzrə fəaliyyətinə dair video-təqdimat nümayiş olunub, kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında məlumat verilib.

Tədbirdə çıxış edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov 2025-ci ilin 1 yanvar-15 dekabr tarixlərində mərkəzə səfər edən ziyarətçilərinin sayının 300 mindən çox olduğunu qeyd edib. 

O, qış turizm mərkəzinin genişləndirilməsinin beşinci mərhələsi çərçivəsində qış mövsümünün sonuna qədər 2 lift bazasının və 76 ədəd qar generatorunun quraşdırılmasının, ümumi uzunluğu 7070 metr olan yeni xizək yamaclarının inşasının, həmçinin 150 min kubmetrlik su anbarının tikintisinin və 26 nömrəli kanat xəttinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu və bunun da gələcəkdə xizək infrastrukturunun inkişafına xidmət edəcəyini bildirib.

Son iki ildə “Şahdağ”ın təkcə istirahət mərkəzi kimi deyil, eyni zamanda yerli və beynəlxalq səviyyəli idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrildiyini vurğulayan Rüstəm Nəcəfov kompleksdə müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün 500 nəfərlik FİS (Beynəlxalq Xizək və Snoubord Federasiyası) stadionunun inşa edildiyini, 2026-cı ilin qış mövsümündə “Şahdağ”ın Dağ Xizəyi üzrə Azərbaycan Çempionatına, Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna, eləcə də “Mogul” üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

İki günlük tədbir çərçivəsində media nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan xidmətlərlə tanış olub, xizək və snoubord avadanlıqları, kanat yolları, müxtəlif atraksionlar və qış əyləncələrindən istifadə ediblər. Eləcə də media nümayəndələrinə il boyu xizək sürmək imkanı verən xüsusi simulyatorlar nümayiş olunub.

Qeyd edək ki, “Şahdağ”da bu günə qədər həyata keçirilən işlər nəticəsində kanat xətlərinin sayı 15-ə, müxtəlif çətinlik dərəcəsində olan yamacların sayı 37-ə, uzunluğu isə 45 km-ə çatdırılıb, xizək sürməyə yeni başlayanlar üçün 6 konveyer tipli yol salınıb. Həmçinin xizək yamaclarının daim qarla təmin olunması üçün 600 ədəd qar generatoru quraşdırılıb. Bununla yanaşı qış və yay aylarında açıq və qapalı məkanlarda fəaliyyət göstərən əyləncə növlərinin və attraksionların sayı 40-a, iaşə obyektlərinin sayı isə 64-ə çatdırılıb.

TodayPress TV

ФОТО

Azərbaycanda qış turizm mövsümü açıq elan olundu — 1
Azərbaycanda qış turizm mövsümü açıq elan olundu — 2
Azərbaycanda qış turizm mövsümü açıq elan olundu — 3
ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 Все новости