Livanın göbəyində Azərbaycan izi – Bu qəsəbədə hamı bizim dildə danışır!

Livanın göbəyində Azərbaycan izi  – Bu qəsəbədə hamı bizim dildə danışır!
13.04.2026 17:22 Аналитика

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər yalnız ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə qalmayıb, həm də dünya türklüyünün birliyini və həmrəyliyini beynəlxalq miqyasda nümayiş etdirib.

Bu Zəfərin əks-sədası uzaq Livanın şimalındakı Akkar vilayətində, türkmanların sıx məskunlaşdığı Kavaşra (Kouachra) qəsəbəsində də özünü göstərib. 2022-ci ilin 8 noyabr tarixində – Zəfər Günü ərəfəsində burada Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidə türkman icmasının Azərbaycanla qardaşlıq münasibətlərinin canlı təzahürüdür. 

Livan türkmanları (bəzən Livan azərbaycanlıları və ya Livan türkləri adlandırılır) Oğuz türk boylarının davamçılarıdır. Onların əcdadları Mamluklar, Səlcuqlar və Osmanlı imperiyası dövründə müxtəlif köç dalğaları ilə Livana gəliblər.

Tarixi mənbələrə görə, əsas köçlər Osmanlı dövründə (xüsusilə 1897–1913-cü illərdə Krit adasından Trablus şəhərinə köçürülən türklər), eləcə də Suriya və İraqdan gələn kiçik qruplar vasitəsilə baş vermişdi. 1940-cı illərdə isə Türkiyə vətəndaşları işçi qüvvəsi kimi Livana yerləşiblər. Akkar vilayətində  və Baalbək bölgəsində məskunlaşan bu icma əsasən sünni müsəlmanlardır.

Beynəlxalq mənbələrdə (məsələn, ingilis dilindəki “Lebanese Turkmen” məqalələrində) onlar Osmanlı Anadolusu türklərinin nəsilləri kimi təsvir olunur və dilləri “türk dili” adlandırılır. Lakin Azərbaycan elmi və rəsmi mənbələrində  onların danışdığı ləhcələr Azərbaycan dilinin dialektlərinə aid edilir.

Bu fərq Oğuz türkcəsinin daxili təsnifatından irəli gəlir: həm Azərbaycan türkcəsi, həm də Türkiyə türkcəsi eyni dil qrupuna (Oğuz qrupu) daxildir və qarşılıqlı anlaşılma səviyyəsi çox yüksəkdir. Livan türkmanlarının dilində həm Azərbaycan türkcəsinin, həm də ərəb dilinin təsiri müşahidə olunur ki, bu da onları “Livan azərbaycanlıları” kimi xarakterizə etməyə əsas verir. Onlar özlərini “türkman” adlandırır, ətraf ərəb icmaları və dövlət isə onları “türkman” və ya “türklər” kimi qəbul edir.

Bu terminologiya İraq, Suriya və İordaniya türkmanları ilə eynidir – hamısı Oğuz mənşəli, Azərbaycan türkləri ilə qardaş xalqlar hesab olunur. Hazırda Livan türkmanlarının sayı dəqiq müəyyənləşdirilməsə də, Akkar bölgəsində minlərlə türkman  yaşayır. Onlar dil və mədəniyyətlərini əsrlər boyu qoruyub saxlayıb, ərəb mühitində assimilyasiyaya uğramayıblar. 

Azərbaycanla mədəni və diplomatik əlaqələrə gəldikdə,  ölkəmiz Livan türkmanları ilə sıx əlaqələr qurub. 

Azərbaycan səfirliyinin fəaliyyəti çərçivəsində Kavaşra qəsəbəsində “Azərbaycan Evi” yaradılıb, qurban paylanmaları, mədəni tədbirlər və humanitar yardımlar həyata keçirilib. Göründüyü kimi bu əlaqələr təkcə diplomatik deyil, həm də etnik-mədəni xarakter daşıyır. Çünki Livan türkmanları Azərbaycan türkləri ilə eyni Oğuz kökündəndir və onların dil ləhcələri Azərbaycan türkcəsinə yaxındır. Rəsmi Azərbaycan mənbələrində “türkman deyiləndə Azərbaycan türkü başa düşülməlidir” fikri məhz bu tarixi və dil birliyinə əsaslanır.

2022-ci il noyabrın 8-də Kavaşra qəsəbəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə qoyulub. 

Layihənin müəllifi Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Şahin Pənahov olub. Açılış mərasimində Azərbaycan və Türkiyə səfirliklərinin nümayəndələri, Livan parlamentinin deputatları (Məhəmməd Süleyman, Jimmi Cabbur), Akkar qubernatoru İmad Labaki, yerli bələdiyyə rəhbərləri və ziyalılar iştirak etmişdilər. Abidənin ucaldılması Qarabağ Zəfərinin regional və qlobal əhəmiyyətini vurğulayır: bu, sadəcə xatirə deyil, həm də Azərbaycanın haqlı mübarizəsinin Livanda yaşayan türkman qardaşlarımız tərəfindən dəstəkləndiyinin simvoludur.

Abidə açıldıqdan sonra yerli türkman gəncləri arasında yeni ənənə formalaşdı: toy mərasimi ərəfəsində gənclər abidəni ziyarət edir, şəhidlərin xatirəsini yad edirlər. Bu adət artıq ənənə halını alıb və sosial şəbəkələrdə geniş işıqlandırılıb. Beləliklə, abidə yalnız memorial deyil, həm də canlı mədəniyyət və həmrəylik məkanıdır.

Qeyd edək ki, abidənin ucaldılması Livan erməni icması tərəfindən bəzi etirazlara səbəb olsa da, bu  türkmanların Azərbaycana bağlılığını zəiflətmədi. Qeyd edtiyimiz kimi  tarixi Osmanlı köçləri ilə əlaqəli olsa da, dil, mədəniyyət və mənəvi dəyərlər baxımından bu icma Azərbaycan türkcəsinin ləhcələrini danışan və Azərbaycanla həmrəy olan Oğuz türk xalqıdır. “Türkman” termini regionda yaşayan bütün Oğuz türk icmalarını (Azərbaycan, Türkiyə, İraq, Suriya və Livan) əhatə edir və bu kontekstdə Azərbaycan türkü başa düşülməlidir. Gələcəkdə bu əlaqələrin daha da möhkəmlənməsi, mədəni, təhsil və iqtisadi əməkdaşlığın genişlənməsi hər iki tərəf üçün əhəmiyyət kəsb edəcək.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər 19:42 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Все новости