Liderlər yenidən görüşür: "Zelenskinin hədəfi real zəmanətlərdir" - DEPUTAT

Liderlər yenidən görüşür: "Zelenskinin hədəfi real zəmanətlərdir" - DEPUTAT
01.09.2025 14:49 Təhlil

"Ukrayna Prezidenti Volodimir Zelenskinin sentyabrın 4-də ABŞ Prezidenti Donald Tramp və Avropa İttifaqı liderləri ilə Parisdə keçiriləcək görüşündən əsas gözləntisi təhlükəsizlik zəmanətlərinin yalnız deklarativ bəyanatlar səviyyəsində qalmaması, real siyasi və hüquqi mexanizmlərlə təmin olunmasıdır".

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

Parlamentarinin sözlərinə görə, Budapeşt Memorandumunun acı təcrübəsi Ukraynaya öyrədib ki, kağız üzərində olan təminatlar işğal və müharibə qarşısında heç bir effektiv müdafiə yaratmır. Ona görə də Avropa Komissiyası rəhbəri Ursula fon der Lyayenin səsləndirdiyi “coalition of the willing” – iradəli dövlətlərin koalisiyası konsepsiyası hazırda müzakirələrin əsas istiqamətinə çevrilib. Paris görüşündə bu ideyanın konkret yol xəritəsinin açıqlana biləcəyi ehtimalı var.

Millət vəkili əlavə edib ki, görüş həm də Avropa üçün öz mövqeyini sərtləşdirmək imkanı yaradır:

"Müharibə başlayandan bəri Avropa İttifaqı daxilində təhlükəsizlik məsələlərində fərqli yanaşmalar mövcud olsa da, Ukraynanın taleyinin ABŞ-Rusiya formatında həll olunması ehtimalı Avropa liderlərini daha sıx koordinasiyaya məcbur edir. Paris platforması bu baxımdan həm ABŞ ilə transatlantik əməkdaşlığın, həm də Aİ daxilində strateji birliyin möhkəmləndirilməsi üçün mühüm sınaq olacaq. Ən kritik məsələlərdən biri isə Zelenskinin sülh təşəbbüslərində kənarda qalmamasıdır. Donald Trampın elan etdiyi “sürətli barış planı”nın təfərrüatları hələ də mübahisəlidir və Avropa liderləri əmin olmaq istəyirlər ki, Ukraynanın maraqları ikinci plana keçməsin".

E.Mirzəbəylinin ehtimalına görə, Avropa liderləri Rusiyaya qarşı mövcud sanksiyaların qorunması və yeni tədbirlərin gündəmə gətirilməsi ilə bağlı vahid mövqe nümayiş etdirməyə çalışacaqlar. Parisdə veriləcək mesaj həm Moskvaya, həm də tərəddüd edən tərəfdaşlara ünvanlanacaq: Avropa bu müharibədə nəinki diplomatik, həm də iqtisadi-siyasi cəbhədə davamlı müqavimət göstərməyə cəhd göstərsə də, real nəticəyə nail ola bilməyib.

"Bu görüş əslində, daha geniş diplomatik prosesin bir həlqəsi ola bilər. Parisdən sonra Londonda və Vaşinqtonda yeni görüşlərin keçirilməsi planlaşdırılır. Bu isə onu göstərir ki, Qərb müharibənin nəticələrini müəyyən edəcək uzunmüddətli siyasi dialoqu ardıcıl və mərhələli şəkildə formalaşdırmağa çalışır. Nəticə etibarilə Paris görüşündə diqqət üç istiqamətdə cəmlənəcək: Ukraynaya real təhlükəsizlik zəmanətləri – “coalition of the willing” mexanizmi çərçivəsində, Avropa və ABŞ-nin strateji koordinasiyası – transatlantik həmrəyliyin bərpası və möhkəmlənməsi, həmçinin Rusiyaya sanksiyaların davamı və izolyasiya siyasətinin gücləndirilməsi ilə bağlı mesaj da verilə bilər", - deyə millət vəkili diqqətə çatdırıb.

Deputat bunun hansısa effektiv nəticəyə çıxaracağını isə mübahisəli məsələ adlandırıb. Onun sözlərinə görə, hazırda belə bir ehtimal çox azdır.

Qeyd edək ki, sentyabrın 4-də Parisdə Amerika və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski, eləcə də Avropa liderləri arasında görüş keçiriləcək. Görüş Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUN 2026
Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Bütün Xəbərlər