İranda hicab tarixə qovuşur? - AÇIQLAMA

İranda hicab tarixə qovuşur? - AÇIQLAMA
06.10.2025 18:15 Təhlil

İranda uzun sürən mübarizədən sonra hicabla bağlı qanun ləğv edilib. 

Belə ki, İran mediasının yaydığı məlumata görə, bu barədə İranın Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər bildirib.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan TodayPress TV-yə açıqlamasında bildirib ki, Bahonərin bu bəyanatı təsadüfi deyil və Tehran hakimiyyətində bu məsələ ilə bağlı yumşalma siyasətinin göstəricisidir.

Onun sözlərinə görə, Bahonərin fikirləri təkcə şəxsi mövqe deyil, həm də parlament və Dini Ekspertlər Şurası kimi əsas institutların razılığı ilə səsləndirilmiş ola bilər:

"Məsləhət Şurası 46 ildir ki, qüvvədə olan hicab məcburiyyətinin hüquqi zərurətini aradan qaldırmaqla bağlı mesaj verir. Bu, həm cəmiyyətin təzyiqlərinə reaksiya, həm də daxili sabitliyi qorumaq cəhdidir".

Ekspert qeyd edib ki, 2022-ci ildə “Qadın, həyat, azadlıq” şüarı ilə başlayan etirazlar qadınların ictimai-siyasi fəallığının artmasına və məcburi hicab siyasətinə qarşı ictimai müqavimətin güclənməsinə səbəb olub:

"İndi hakimiyyət "şişi də, kababı da yandırmamaq" siyasəti yürüdür. Hicabın ləğvini açıq elan etməsə də, onun tətbiqini səssizcə dayandırmaqla həm etirazların qarşısını alır, həm də ideoloji dayaqlarını tam sarsıtmamaq istəyir".

Siyasi şərhçi hesab edir ki, Tehran bu addımı ilə həm də cəmiyyətin nəbzini ölçür:

"Əgər ictimai narazılıq baş qaldırmasa, hicabın məcburiliyi faktiki olaraq tarixə qovuşacaq. Artıq İranda hicabsız qadınların görünməsi adi hal alıb və bu, hakimiyyətin də qəbul etdiyi reallığa çevrilir. Hələ 2024-cü ilin Prezident seçkisində təbliğat kampaniyası zamanı indiki Prezident Məsud Pezeşkian hicab qaydalarının məcburiliyinə qarşı çıxış edib".

Sədrəddin Soltan son olaraq qeyd edib ki, hicab məsələsindəki bu dəyişikliklər İranın daxili siyasətində ideoloji dönüş nöqtəsi ola bilər.

Qeyd edək ki, 1979-cu ildə baş verən İslam İnqilabından sonra Ayətullah Ruhullah Xomeyni ölkədə İslam dəyərlərinə əsaslanan idarəçiliyi bərqərar edib. Həmin ilin martında Xomeyni dövlət idarələrində çalışan qadınlara hicab taxmağı tövsiyə edib. Bu mərhələdə hicab rəsmi olaraq məcburi olmasa da, ictimai təzyiq və dini-ideoloji çağırışlarla qadınların başlarını örtməsi təşviq edilirdi.

1983-cü ildə İran parlamenti tərəfindən qəbul olunan qanuna əsasən, hicab bütün qadınlar üçün məcburi edilib və qadınlar ictimai yerlərdə başlarını örtmədikləri halda cəza ilə üzləşirdilər.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

İranda hicab tarixə qovuşur? - AÇIQLAMA — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
Türkiyə bayraqlı gəmiyə hücum: Ölən və yaralananlar var 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Bütün Xəbərlər