Baydenin unutduğunu VENS XATIRLATDI: “Azərbaycan etibarlı tərəfdaşdır”

Baydenin unutduğunu VENS XATIRLATDI: “Azərbaycan etibarlı tərəfdaşdır”
11.02.2026 14:10 Təhlil

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin mətbuata bəyanatları iki ölkə arasında münasibətlərin strateji mahiyyətini bir daha ön plana çıxardı. 


Xüsusilə ABŞ-nin Vitse-prezidentinin səsləndirdiyi fikirlər Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasındakı roluna verilən açıq və yüksək səviyyəli siyasi qiymət kimi diqqət çəkdi.

Vitse-prezident çıxışında vurğuladı ki, azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf olublar və dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək veriblər. O, xatırladıb ki, Azərbaycan hərbçiləri ABŞ-nin hərbi dənizçiləri ilə Əfqanıstanda çiyin-çiyinə vuruşub və faktiki olaraq, dünyanın istənilən nöqtəsində nümunə göstərilə biləcək, az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazanıblar.

Bu bəyanat təkcə keçmiş hərbi əməkdaşlığın xatırladılması deyil, həm də Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasının açıq mesajıdır və mövcud geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır.

Sözügedən məsələni TodayPress TV-yə şərh edən siyasi məsələlər üzrə analitik Əziz Əlibəyli bildirib ki, Azərbaycan qlobal antiterror kampaniyasına qoşulan ilk ölkələrdən biri olub və bu prosesə əməli qaydada dəstək verib:


“Azərbaycan müxtəlif dövrlərdə BMT-nin sülhməramlı qüvvələrinin tərkibində xüsusi missiyalarda iştirak edib, humanitar aksiyalara dəstək göstərib. Vensin fikirləri, həmçinin onu göstərir ki, Azərbaycan imzasına sadiqdir və etibarlı imicə malikdir. Bir zamanlar Azərbaycana arxa çevirən sabiq ABŞ administrasiyası isə bunları unutmağa çalışır, Azərbaycanın göstərdiyi xidmətləri görməzdən gəlirdi”.

Ekspert əlavə edib ki, hazırda Azərbaycanın geosiyasi rolu ABŞ ilə yüksələn əməkdaşlığın əsas səbəblərindən biridir:

“Əgər Şərqə gəlirsənsə, Azərbaycansız mümkün deyil. İstər kommunikasiya xətləri, istər Orta Asiyanın əməkdaşlığa cəlbi – bütün bunlar Azərbaycan vasitəsilə mümkündür”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
“Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Все новости