Avropaya uzaq Kremlə yaxın: Orban niyə Putinin sözçüsü kimi çıxış edir?

Avropaya uzaq Kremlə yaxın: Orban niyə Putinin sözçüsü kimi çıxış edir?
31.10.2025 12:19 Təhlil

"Bu gün Viktor Orban Avropada sanki Putinin sözçüsü kimi çıxış edir. Lakin əgər Rusiya Ukraynada üstünlük əldə etsə, nəticədə Macarıstanın özü də Moskvanın təsiri altına düşə bilər".

Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress TV-yə şərhində bildirib.

O vurğulayıb ki, Avropa İttifaqının (Aİ) daxilində Macarıstanın Ukraynaya dəstək verməməsi və İttifaqın Kiyevə yönəlik yardımlarına veto qoyması proseslərin gərgin istiqamətdə davam etməsinə səbəb olur. 

"Budapeşt hazırda Rusiya ilə aktiv danışıqlar aparır, əməkdaşlıq siyasəti yürüdür və Ukraynaya qarşı alternativ blok formalaşdırmağa çalışır. Macarıstanın Baş naziri Viktor Orbanın tutduğu bu siyasi xətt, əslində, Aİ-nin və ümumilikdə Qərb alyansının maraqlarına ziddir", - deyə analitik açıqlayıb.

Onun sözlərinə görə, bu istiqamətə Slovakiya və ya Serbiya da qoşula bilər, lakin Macarıstanın mövcud siyasəti, xüsusilə Orbanın ritorikası ölkə üçün əlavə problemlər yarada bilər. Belə ki, Aİ Macarıstanla bağlı ciddi və sərt qərarlar qəbul etməyə hazırlaşa bilər. Hətta ölkənin İttifaq daxilində kollegial səsvermədə iştirak hüququnun məhdudlaşdırılması da gündəmdədir. Yəni, proseslərin inkişafı Macarıstanın əleyhinə yönələ bilər.

Siyasi şərhçi hesab edir ki, Orbanın həyata keçirdiyi siyasət Kremlin narrativləri ilə üst-üstə düşür. Bunun əsas səbəblərindən biri də Macarıstanın enerji baxımından – neft və qaz təchizatında Rusiyadan asılı olmasıdır.

"Orbanın yürütməkdə olduğu bu xəttin uzunmüddətli perspektivdə Macarıstan üçün uğursuz nəticələr doğuracağı ehtimal olunur", - deyə M.Əsədullazadə fikrini yekulaşdırıb.

Qeyd edək ki, Macarıstan Avropa İttifaqı daxilində Ukraynaya şübhə ilə yanaşan alyans yaratmaq istəyir. Baş nazir Viktor Orbanın müşaviri Balazs Orban, Aİ-də belə bir blokun yaranma ehtimalını qiymətləndirərkən bildirib ki, bunun baş verməsi qaçınılmazdır. 

Aysel Mətləb

TodayPress TV

FOTOLAR

Avropaya uzaq Kremlə yaxın: Orban niyə Putinin sözçüsü kimi çıxış edir? — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Bütün Xəbərlər