Meksika səfiri: Bakıdan öyrənib gedirik

Meksika səfiri: Bakıdan öyrənib gedirik
22.05.2026 13:55 Siyaset Ru

“Bu gündən etibarən Meksikanı WUF14-ə aparan yol başlayır və məqsədimiz növbəti forumu da Bakıdakı kimi uğurlu keçirməkdir”.

TodayPress TV xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Viktoriya Romero Kabalyero WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

O, Azərbaycana göstərilən dəstəyə, qonaqpərvərliyə və forumun uğurla keçirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib.

Maria Viktoriya Romero Kabalyero bildirib ki, forum çərçivəsində Azərbaycan xalqının, xüsusilə də gənclərin qonaqpərvərliyinin bir daha şahidi olublar.

Səfir qeyd edib ki, gənc azərbaycanlı qadın və kişilər iştirakçılara istiqamət göstərib, fikir mübadiləsinə şərait yaradıb və Meksika nümayəndə heyəti üçün bu təcrübə xüsusi əhəmiyyət daşıyıb.

O, forumun təşkilində iştirak edən könüllülərə xüsusi təşəkkürünü ifadə edib.

“Gənc könüllülərə xüsusi təşəkkür edirəm. Sizə çox təşəkkür edirik”, – deyə o bildirib.

Maria Viktoriya Romero Kabalyero, həmçinin “UN-Habitat”a təşəkkür edərək forumda mənalı iştirakın təmin olunmasında təşkilatın rolunu qeyd edib.

“WUF13-ün əhəmiyyəti Meksika nümayəndə heyətinin yüksək səviyyəli tərkibində də öz əksini tapdı. Nümayəndə heyətində şəhərsalma naziri, Mexiko şəhərinin qubernatoru, “UN-Habitat” üzrə nazir müavini və hökumətin müxtəlif səviyyələrindən olan çoxsaylı nümayəndələr yer alıb. Bu günün ardından Meksika WUF14-ə hazırlıq mərhələsinə başlayır. Nümayəndə heyəti forumdan əldə olunan təcrübə və tapşırıqları özü ilə Meksikaya aparır və növbəti forumun Bakıdakı kimi uğurlu keçirilməsi öhdəliyini daşıyır”.

Səfir əlavə edib ki, Mexiko şəhərinin hökuməti “UN-Habitat” ilə birlikdə WUF14 üçün idarəetmə modellərinin, strateji istiqamətlərin və təşkilati çərçivələrin hazırlanmasına başlayacaq.

Onun sözlərinə görə, bu proses bütün maraqlı tərəflərlə əməkdaşlıq şəraitində həyata keçiriləcək.

Maria Viktoriya Romero Kabalyero qeyd edib ki, WUF14 14 ildən sonra yenidən Latın Amerikasına qayıdır.

O bildirib ki, regionda son forum Kolumbiyanın Medellin şəhərində keçirilib və qarşıdakı sessiyanın əlavə məsuliyyəti ondan ibarətdir ki, bu, 2030-cu ilə qədər keçiriləcək son Ümumdünya Şəhərsalma Forumu olacaq.

Səfir çıxışını belə yekunlaşdırıb:

“Əziz dostlar, Meksikada görüşərik. Bizim Meksikada bir məşhur ifadəmiz var — Mi casa es tu casa — yəni “Mənim evim sizin evinizdir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Azərbaycandan Ermənistana gübrə və buğda göndəriləcək? 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Все новости