Gürcüstan Prezidenti İlham Əliyevi təbrik etdi

Gürcüstan Prezidenti İlham Əliyevi təbrik etdi
25.05.2026 18:50 Siyaset Ru

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, əziz həmkarım.

Sizi və dost Azərbaycan xalqını ölkənizin Müstəqilliyi Günü münasibətilə gürcü xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Ölkələrimiz arasında hazırkı strateji tərəfdaşlıq bizim tarixi əlaqələrimizin məntiqi davamıdır. Sizin Gürcüstana olduqca səmərəli dövlət səfəriniz iki ölkə arasında münasibətlərin inkişafına təkan verərək əlaqələri yeni səviyyəyə yüksəltdi. İnanıram ki, Gürcüstan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri və möhkəm strateji tərəfdaşlığa əsaslanan əməkdaşlıq, birgə icra etdiyimiz strateji layihələr xalqlarımızın rifahını yüksəltməklə yanaşı, həm ölkələrimizdə, həm də regionda sülhü, əmin-amanlığı və sabitliyi daha da möhkəmləndirəcək.

Bu əlamətdar gündə fürsətdən istifadə edərək Sizə xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıram".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 Все новости