Paşinyan Naxçıvana görə ermənini azarladı: "Bura sizin üçün "astanovka" deyil!"

Paşinyan Naxçıvana görə ermənini azarladı: "Bura sizin üçün "astanovka" deyil!"
19.05.2026 14:40

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını və xüsusilə Qarabağdan köçürülmüş erməniləri Ermənistan Respublikasını daimi vətənləri kimi qəbul etməyə çağırıb. O, keçmişdə iddialı ərazilərə qayıtmaq xülyasından əl çəkilməsini vacib sayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə Spitak şəhərində Vətəndaş Müqaviləsi Partiyasının seçki kampaniyası çərçivəsində çıxış edərkən deyib. 

“Nəticə etibarilə vətən axtarışı prosesinin bitdiyini qəbul etməliyik. Biz vətənimizi tapdıq və bu, Ermənistan Respublikasıdır”,- Paşinyan bildirib. 

Baş nazir xəbərdarlıq edib ki, əgər Van, Muş, Qarabağ və Naxçıvana qayıtmaq fikri ermənilərin şüuraltında qalmağa davam etsə, ölkə “dayanacaq” kimi qəbul olunacaq: “Əgər şüuraltımızda  daim Vana, Muşa, Qarabağa, Naxçıvana qayıtmalı olduğumuz fikri varsa, o zaman ölkəmizə dayanacaq kimi yanaşmağa başlayırıq”.

Paşinyan bu vəziyyəti səyahət zamanı insanın özünü tam təhlükəsiz və rahat hiss etmədiyi keçici dayanacaqla müqayisə edib. Onun sözlərinə görə, indiki siyasi prosesin məqsədi Ermənistanı “dayanacaq” statusundan çıxarıb, daimi təyinat yeri halına gətirməkdir.

“Biz çatdıq, xalqım”

Paşinyan xüsusilə Qarabağdan  köçürülmüş ermənilərə müraciət edərək onları da bu düşüncəni dəyişdirməyə çağırıb: “İndi onlar bura gəliblər və biz istəyirik ki, bu insanlar da bizim kimi məskunlaşsınlar, dayanacaq hissini təyinat yeri hissinə çevirsinlər”.

Baş nazirin  bu açıqlaması erməni millətçiliyinin tarixi məğlubiyyətinin rəsmi etirafıdır. 30 il davam edən işğal siyasəti, “dənizdən-dənizə” xülyaları və “böyük Ermənistan” nağılları ardıcıl hərbi məğlubiyyətlərdən sonra faktiki olaraq bitiş nöqtəsinə çatıb. O, indi  açıq şəkildə deyir ki, bu xülyaları ağlınızın ucundan belə keçirməyin!..

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Все новости