MİQ üzrə vakansiya seçiminin başlanacağı tarix açıqlandı

MİQ üzrə vakansiya seçiminin başlanacağı tarix açıqlandı
31.07.2025 16:00 Elm və Təhsil

6 avqust saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Bu barədə TodayPress TV-yə İnsan Resusları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Məlumat üçün qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər