Opera və Balet Teatrı “Sevgi iksiri” operasını təqdim etdi

Opera və Balet Teatrı “Sevgi iksiri” operasını təqdim etdi
15.11.2025 17:35 Mədəniyyət

Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində görkəmli italyan bəstəkarı Qaetano Donissettinin “Sevgi iksiri” (L’elisir d’amore) operası təqdim olunub.

TodayPress TV xəbər verir ki, “Sevgi iksiri” bəstəkarın italyan opera-buffa ənənələrində yazılmış ən yaxşı komik operalarından biridir.

Donissetti olduqca “məhsuldar” bəstəkar idi və sözün əsl mənasında, onlarla opera yaradırdı. “Sevgi iksiri” bu günə qədər təsdiqlənmiş 70 operası arasında yazdığı 40-cı əsərdir. Bəstəkar bu operanı qələmə alanda cəmi 34 yaşında idi.

1832-ci il mayın 12-də Milanda, “Teatro alla Canobbiana” səhnəsində keçirilən premyeradan bəri bu opera dünya opera teatrlarının standart repertuarını tərk etmir və dünyanın ən çox səhnələşdirilən iyirmi operası sırasında yer almaqda davam edir.

“Sevgi iksiri” Bakı tamaşaçılarına ilk dəfə 2013-cü ildə Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən təqdim edilib. Tamaşanın quruluşçu rejissoru dəvət olunmuş istedadlı ukraynalı opera rejissoru Nikola Tret¬yak idi.

Noyabrın 14-də nümayiş olunan tamaşada baş rol olan Nemorino obrazını Azərbaycanın Əməkdar artisti Fərid Əliyev ifa edib. O, düşüncəli, utancaq və həssas bir gəncin xarakterini dəqiq şəkildə canlandırıb. Aydan Quliyeva isə digər aparıcı rol — Adina obrazını ifa edib və nazlanmağı sevən, əlçatmaz görünməyə çalışan, lakin daxilən sadə və vurğun bir qızın xarakterini tamaşaçılara uğurla çatdırıb.

Çavuş Belkore rolunda Azərbaycanın Əməkdar artisti Anton Ferştandt çıxış edərək, qoçaq və cəngavər görkəmli bir əsgərin karikaturalı obrazını yaradıb. Şarlatan həkim Dulkamara obrazında isə Azərbaycanın Xalq artisti Əkrəm Poladov səhnəyə çıxıb, səs imitasiya və söz oyunu ustalığını böyük zövqlə oynayıb. Opera truppasının solisti Nina Makarova Adinanın rəfiqəsi Canetta rolunda qəhrəmanın “həyatda yaxşı mövqe tutmaq” fürsətini əldən verməyən xarakterini inandırıcı şəkildə canlandırıb.

Tamaşaya xüsusi rəng qatan məqam isə Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi ilə çıxış edən xor kollektivinin peşəkarlığı olub.

Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin müşayiəti ilə, Azərbaycanın Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu altında nümayiş etdirilib.

Tamaşanın quruluşu üzərində, həmçinin Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev çalışıb.

TodayPress TV

ФОТО

Opera və Balet Teatrı “Sevgi iksiri” operasını təqdim etdi — 1
ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rodjers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 Все новости