Londonda "Tağıyev: Neft" bədii filminin təqdimatı oldu

Londonda "Tağıyev: Neft" bədii filminin təqdimatı oldu
15.05.2026 14:06 Mədəniyyət

Londonda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən "Tağıyev: Neft" bədii filminin təqdimatı olub.

TodayPress TV xəbər verir ki, Londonun mərkəzində yerləşən Britaniya Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) möhtəşəm "Princess Anne Theatre" zalında keçirilən təqdimatda Bakı Media Mərkəzinin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, Xalq artisti Pərviz Məmmədrzayev, Gürcüstan, Türkiyə, Özbəkistan və digər dövlətlərin səfirləri və diplomatik korpusun digər çoxsaylı nümayəndələri, Britaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, Britaniya parlamentinin Lordlar Palatasının üzvləri, "City of London", Millətlər Birliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı və sair təşkilatların nümayəndələri, bp şirkətinin təmsilçiləri, ictimai-siyasi xadimlər, Britaniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, "Neqsol Holding", "Kapital Bank", "Bakcell" və "Norm" şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. Ekran əsəri "Tağıyev" çoxseriyalı layihəsinin birinci hissəsidir. Filmdə XIX əsrin sonları-XX əsrin əvvəllərində Bakıda neft bumu kontekstində Hacı Zeynalabdin Tağıyevin sadə bənnadan nüfuzlu neft sənayeçisinə qədər uzanan həyat yolu təsvir olunur.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Hacı Zeynalabdin Tağıyevin Azərbaycanın iqtisadi və mədəni həyatında oynadığı mühüm roldan bəhs edib, bu yolda üzləşdiyi çətinliklər və keçdiyi sınaqların onu öz yolundan döndərmədiyini söyləyib. Səfir Tağıyevin ən böyük arzularından birinin təhsilin inkişafı və müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yaradılması olduğunu xüsusi vurğulayıb.

Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqının həyatında mühüm rol oynamış görkəmli şəxsiyyətlərin olduğuna diqqət çəkən səfir Elin Süleymanov bir neçə gün əvvəl Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünün qeyd olunmasından, Ulu Öndərin ötən əsrin sonlarına yaxın Azərbaycanın ağır böhranlardan çıxaraq sabit inkişaf yoluna qədəm qoymasında həlledici və əvəzolunmaz rolundan danışıb.

Filmin Londondakı təqdimat mərasimində iştirak edən qonaqlar ekran əsəri barədə xoş təəssüratlarını bölüşüblər. Onlar layihəni yüksək keyfiyyətdə ərsəyə gətirən Bakı Media Mərkəzinin yaradıcı komandasını ürəkdən alqışlayaraq filmin Azərbaycan və onun tarixi, mədəniyyəti, dəyərləri, inkişaf yolu haqqında olduqca maraqlı məlumatlar ötürdüyünü bildiriblər. Qonaqlar bu kimi layihələrin Azərbaycanın dünyaya tanıdılmasında böyük rola malik olduğunu, Hacı Zeynalabdin Tağıyevin əslində Azərbaycan xalqına məxsus humanistlik, xeyirxahlıq, səxavətlilik, dözümlülük, mərdlik kimi xüsusiyyətləri özündə birləşdirdiyini vurğulayıblar.

Xalq artisti Pərviz Məmmədrzayev filmin Rusiyada və ABŞ-nin Los-Anceles şəhərində nümayişindən sonra Londonda təqdimatının keçirilməsinin sevindirici olduğunu bildirib. Onun sözlərinə görə, film auditoriya tərəfindən böyük maraqla qarşılanıb və yaradıcı heyət çoxsaylı təbriklər alıb.

TodayPress TV

ФОТО

Londonda "Tağıyev: Neft" bədii filminin təqdimatı oldu — 1
Londonda "Tağıyev: Neft" bədii filminin təqdimatı oldu — 2
Londonda "Tağıyev: Neft" bədii filminin təqdimatı oldu — 3
Londonda "Tağıyev: Neft" bədii filminin təqdimatı oldu — 4
Londonda "Tağıyev: Neft" bədii filminin təqdimatı oldu — 5
Londonda "Tağıyev: Neft" bədii filminin təqdimatı oldu — 6
Londonda "Tağıyev: Neft" bədii filminin təqdimatı oldu — 7
Londonda "Tağıyev: Neft" bədii filminin təqdimatı oldu — 8
Londonda "Tağıyev: Neft" bədii filminin təqdimatı oldu — 9
ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Все новости