Kukla səhnəsinin “Qış nağılı”

Kukla səhnəsinin “Qış nağılı”
27.12.2025 17:46 Mədəniyyət

27 dekabr tarixində Azərbaycan Dövlət Kukla Teatrında məktəblilərin qış tətili və Yeni il bayramı münasibətilə hazırlanan “Qış nağılı” adlı əyləncəli səhnə əsərinin premyerası baş tutdu.

TodayPress TV xəbər verir ki, bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.

Ənənəyə sadiq qalaraq, bu dəfə də ilk tamaşaçılar Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də əlilliyi olan uşaq və yeniyetmələr oldu.

Komik və əyləncəli hadisələr fonunda təqdim olunan ibrətamiz mövzulu tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılandı. Nağıl aləminə səyahətə çıxan uşaqlar bu dəfə yalnız müşahidəçi yox, həm də səhnənin bir parçasına çevrilirlər.

İnteraktiv şəkildə təqdim olunan bu birhissəli tamaşanın süjet xətti sadə və anlaşıqlıdır: uşaqlar bir araya gələrək Şaxta Babaya özəl bir hədiyyə – sevdikləri sehrli nağılların toplandığı bir kitab təqdim etmək istəyirlər. Lakin bu niyyətlərindən xəbər tutan Cadugər kitabı oğurlayır və nağılların süjetini dəyişdirir. Nəticədə hamımıza tanış nağıl qəhrəmanları – Cırtdan, Məlikməmməd, Tıq-tıq xanım, Göyçək Fatma, Div, Hadı, Bıdı və başqaları tamam fərqli rollarda və vəziyyətlərdə görünürlər. Amma Şaxta Baba və uşaqlar birlikdə bu hiylənin qarşısını alır, nağılları əvvəlki halına qaytarırlar. Peşman olan Cadugər bağışlanır və bayram şənliyinə qoşulur.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi – teatrın baş rejissoru Anar Məmmədov, səhnə tərtibatçısı isə baş rəssam İqbal Əliyevdir. Tamaşada teatrın bütün aktyor truppası növbəli şəkildə iştirak edir.

Hər iki premyera nümayişi anşlaqla keçdi. Tamaşalardan sonra uşaqlara teatrın daxili imkanları hesabına hazırlanmış bayram hədiyyələri təqdim olundu.

Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının bayram repertuarı 27 dekabr- 4 yanvar tarixlərini əhatə edir. Tamaşalar hər gün 12:00, 14:00, 16:00 və 18:00 saatlarında nümayiş olunur.

TodayPress TV 

ФОТО

Kukla səhnəsinin “Qış nağılı” — 1
Kukla səhnəsinin “Qış nağılı” — 2
Kukla səhnəsinin “Qış nağılı” — 3
Kukla səhnəsinin “Qış nağılı” — 4
Kukla səhnəsinin “Qış nağılı” — 5
ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Все новости