Kukla səhnəsinin “Qış nağılı”

Kukla səhnəsinin “Qış nağılı”
27.12.2025 17:46 Mədəniyyət

27 dekabr tarixində Azərbaycan Dövlət Kukla Teatrında məktəblilərin qış tətili və Yeni il bayramı münasibətilə hazırlanan “Qış nağılı” adlı əyləncəli səhnə əsərinin premyerası baş tutdu.

TodayPress TV xəbər verir ki, bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.

Ənənəyə sadiq qalaraq, bu dəfə də ilk tamaşaçılar Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də əlilliyi olan uşaq və yeniyetmələr oldu.

Komik və əyləncəli hadisələr fonunda təqdim olunan ibrətamiz mövzulu tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılandı. Nağıl aləminə səyahətə çıxan uşaqlar bu dəfə yalnız müşahidəçi yox, həm də səhnənin bir parçasına çevrilirlər.

İnteraktiv şəkildə təqdim olunan bu birhissəli tamaşanın süjet xətti sadə və anlaşıqlıdır: uşaqlar bir araya gələrək Şaxta Babaya özəl bir hədiyyə – sevdikləri sehrli nağılların toplandığı bir kitab təqdim etmək istəyirlər. Lakin bu niyyətlərindən xəbər tutan Cadugər kitabı oğurlayır və nağılların süjetini dəyişdirir. Nəticədə hamımıza tanış nağıl qəhrəmanları – Cırtdan, Məlikməmməd, Tıq-tıq xanım, Göyçək Fatma, Div, Hadı, Bıdı və başqaları tamam fərqli rollarda və vəziyyətlərdə görünürlər. Amma Şaxta Baba və uşaqlar birlikdə bu hiylənin qarşısını alır, nağılları əvvəlki halına qaytarırlar. Peşman olan Cadugər bağışlanır və bayram şənliyinə qoşulur.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi – teatrın baş rejissoru Anar Məmmədov, səhnə tərtibatçısı isə baş rəssam İqbal Əliyevdir. Tamaşada teatrın bütün aktyor truppası növbəli şəkildə iştirak edir.

Hər iki premyera nümayişi anşlaqla keçdi. Tamaşalardan sonra uşaqlara teatrın daxili imkanları hesabına hazırlanmış bayram hədiyyələri təqdim olundu.

Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının bayram repertuarı 27 dekabr- 4 yanvar tarixlərini əhatə edir. Tamaşalar hər gün 12:00, 14:00, 16:00 və 18:00 saatlarında nümayiş olunur.

TodayPress TV 

PHOTOS

Kukla səhnəsinin “Qış nağılı” — 1
Kukla səhnəsinin “Qış nağılı” — 2
Kukla səhnəsinin “Qış nağılı” — 3
Kukla səhnəsinin “Qış nağılı” — 4
Kukla səhnəsinin “Qış nağılı” — 5
NEWS FEED
01 JUNE 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 All News