Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi

Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi
31.05.2026 22:50 Dünya

ABŞ Prezidenti Donald Tramp ölkənin Türkiyədəki səfiri Tom Barrakı İraq üzrə xüsusi nümayəndəsi təyin edib.

TodayPress TV xəbər verir ki, bu barədə dövlət başçısı "Truth Social" platformasında yazıb.

Diplomat eyni zamanda Suriya üzrə xüsusi nümayəndə vəzifəsini də icra etməyə davam edəcək.

"Mən məmnunluqla bildirirəm ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak, gördüyü möhtəşəm işlərə görə, Suriya üzrə prezidentin xüsusi nümayəndəsi olmaqla yanaşı, həm də İraq üzrə prezidentin xüsusi nümayəndəsi təyin ediləcək. Biz Suriya və İraq hökumətləri ilə strateji əməkdaşlığımızı inkişaf etdiririk və onlarla münasibətlərimiz möhkəmlənməkdə davam edir", - Tramp yazıb.

O əlavə edib ki, Barrak Türkiyədə səfir vəzifəsində qalacaq və fəaliyyətini ABŞ Dövlət Departamentinin tam dəstəyi ilə davam etdirəcək.

Tom Barrak 2025-ci ilin aprelində ABŞ-nin Türkiyədəki səfiri təyin olunub. Həmin ilin may ayında isə Tramp onu Suriya üzrə xüsusi nümayəndə vəzifəsinə gətirib.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 All News