İnsanın 33 hissi ola bilər

İnsanın 33 hissi ola bilər
25.12.2025 19:45 Maraqlı

İnsanların dünyanı yalnız görmə, eşitmə, qoxu, dad və toxunma ilə qavradığı fikri tam doğru deyil. Mütəxəssislər bildirir ki, insan qavrayışı daha mürəkkəbdir və bir çox hisslər bir-biri ilə qarşılıqlı şəkildə işləyir.

TodayPress TV xəbər verir ki, bu barədə "The Conversation" portalı yazır.

Alimlərin fikrincə, insan təcrübəsinin böyük hissəsi çoxhisslidir. Yəni biz ayrı-ayrılıqda görmür, eşitmir və ya hiss etmirik. Müxtəlif hisslərdən gələn məlumatlar birləşərək dünyanın vahid təsəvvürünü yaradır. Məsələn, qoxular dad və toxunma hissini, səslər isə yeməyin dadını dəyişə bilər.

Neyrobioloqlar bir sıra az tanınan hissləri də qeyd edirlər. Propriosepsiya insanın ətraflarına baxmadan bədən üzvlərinin vəziyyətini hiss etməsinə imkan verir. Tarazlıq hissi və daxili bədən siqnallarını (aclıq, ürək döyüntüsü, gərginlik) izləyən interosepsiya da bu hisslərə daxildir.

Bundan əlavə, adi beş hissin özü də bir neçə sistemdən ibarətdir. Məsələn, toxunma ağrı, temperatur və təzyiqi əhatə edir. Dad isə təkcə dilə yox, qoxu və yeməyin teksturasına da bağlıdır. Dil yalnız beş əsas dadı ayırd edə bilir, mürəkkəb dadlar isə əsasən qoxu sayəsində formalaşır.

Tədqiqatlar göstərir ki, hisslər bir-birinə təsir edir. Məsələn, təyyarədəki səs-küy bəzi dadların zəif hiss olunmasına səbəb olur. Bu da uçuş zamanı pomidor suyunun daha dadlı gəlməsini izah edir.

Alimlər vurğulayırlar ki, insan hissləri düşündüyümüzdən qat-qat mürəkkəbdir və onlar birlikdə işləyərək dünyanı necə qavradığımızı formalaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
“Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 Все новости