ADB Azərbaycan üçün yeni strateji əməkdaşlıq planını təsdiqlədi

ADB Azərbaycan üçün yeni strateji əməkdaşlıq planını təsdiqlədi
29.07.2025 12:22 Maliyyə

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan üçün 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) təsdiq edib.

Bu barədə TodayPress TV-yə bankdan məlumat verilib.

Strategiyada ölkənin inkişaf hədəflərinə çatmaq üçün dəyər yaradılması, inteqrasiya və dayanıqlılıq əsas prioritetlər kimi vurğulanır. Beşillik strategiya iki əsas istiqamətə fokuslanacaq - "yaşıl" və şaxələndirilmiş iqtisadiyyatın qurulması, aşağı-karbonlu bağlantıların və inklüziv inkişafın təşviqi.

ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal bildirib ki, bank yeni strateji mərhələdə dayanıqlı iqtisadi artımın təmininə, özəl sektorun aparıcı rol oynadığı inkişaf modelinə keçidə, maliyyə sektorunun gücləndirilməsinə və regional əməkdaşlığın dərinləşdirilməsinə önəm verir.

“ADB uyğunlaşdırılmış strateji investisiyalar və birgə səylər vasitəsilə Azərbaycanın inkişaf prioritetlərinə çatmasına, regional təşəbbüslərin irəlilədilməsinə və ölkə vətəndaşları üçün firavan gələcəyin qurulmasına dəstək verməyi hədəfləyir”, - deyə o qeyd edib.

Yeni strategiya Azərbaycanın milli inkişaf strategiyaları ilə uzlaşdırılıb və mövcud çağırışların həllinə, eyni zamanda "yaşıl" və dayanıqlı artım imkanlarının reallaşdırılmasına yönəlib. Strategiya çərçivəsində innovasiya, yüksək əlavə dəyərli məhsul və xidmətlərin inkişafı, eləcə də peşəkar insan kapitalının gücləndirilməsi kimi istiqamətlər üzrə rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması nəzərdə tutulur.

Məlumatda qeyd edilir ki, strategiyanın nəticələri təkcə ÜDM-in artımı ilə deyil, əhalinin rifahı, ətraf mühitin qorunması və qlobal ictimai mallara töhfə baxımından da qiymətləndiriləcək. Bu məqsədlə sənəddə iqlim fəaliyyətinin gücləndirilməsi, fəlakət risklərinin idarə olunması, gender bərabərliyi və rəqəmsal transformasiya kimi sahələrdə təşəbbüslər planlaşdırılır.

Qeyd edək ki, ADB Asiya və Sakit Okean regionunda inklüziv, davamlı və dayanıqlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. Bank üzv ölkələr və tərəfdaşlarla birlikdə mürəkkəb qlobal çağırışların həllində innovativ maliyyə alətlərindən və strateji əməkdaşlıqlardan istifadə edir. 1966-cı ildə yaradılmış ADB-nin 69 üzvü var ki, onların 50-si region ölkələridir.

XƏBƏR LENTİ
01 IYUN 2026
İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Bütün Xəbərlər