Məcnun Məmmədov İsraildə səfərdədir

Məcnun Məmmədov İsraildə səfərdədir
12.01.2026 13:02 Kənd Təsərrüfatı

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir.

Bu barədə TodayPress TV-yə nazirlikdən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin İsrailin kənd təsərrüfatı sahəsində aparıcı tədqiqat və araşdırma mərkəzlərinə baş çəkməsi, həmçinin "Gələcəyin Dənizi" II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammitində iştirakı nəzərdə tutulur.

Səfərin ilk günü İsrailin Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyində Azərbaycan və İsrail nümayəndə heyətləri arasında görüş keçirilib. İsrailli nazir Avi Dixter çətin dövrlərdə Azərbaycanın İsrailin ərzaq təhlükəsizliyinə verdiyi dəstəyə görə öz təşəkkürünü bildirib. Ölkəmizə səfərini xatırladan nazir qeyd edib ki, ötən müddət ərzində iki ölkə arasında aqrar sahədə əməkdaşlıq perspektivləri daha da genişlənib. O, aparılacaq müzakirələrin kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılmasına, heyvandarlıq və toxumçuluq sahələrində müasir texnologiyaların transferinə, aqrar tədqiqatlar və təcrübə proqramları üzrə əməkdaşlığın genişləndirilməsinə, eləcə də suvarma sahəsində İsrail təcrübəsindən istifadə imkanlarının artırılmasına töhfə verəcəyini vurğulanıb.

M.Məmmədov Azərbaycan və İsrail arasında bütün sahələrdə münasibətlərin dinamik şəkildə inkişaf etdiyini, hər iki tərəfin aqrar sahədə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu bildirib. O qeyd edib ki, iki il öncə Bakıda imzalanmış iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi, eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi bu əməkdaşlığın yeni mərhələyə yüksəlməsində mühüm rol oynayıb.

Müzakirələr zamanı qeyd olunan Yol Xəritəsinin daha da təkmilləşdirilməsi barədə qarışlıqlı ilkin razılıq əldə olunub.

Görüşdən sonra M.Məmmədov Volcani Institute Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə tanış olub. Nazirə Mərkəzin fəaliyyəti və kənd təsərrüfatı sahəsində aparılan elmi araşdırmaların əsas istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, institut yerli və xarici mütəxəssislər üçün beynəlxalq səviyyədə aspirantura üzrə tədqiqat imkanları yaradır, eyni zamanda digər səviyyələrdə də təhsil proqramları təqdim edir. Hazırda İsrailin Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyinin aqrar tədqiqatlar üzrə əsas qurumu kimi fəaliyyət göstərən institut bitkiçilik, heyvandarlıq, bitki mühafizəsi, torpaq və ətraf mühit elmləri, eləcə də qida elmləri sahələrində aparılan elmi tədqiqatları dəstəkləyir. Tərəflər Azərbaycan və İsrailin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi tədqiqat institutları və araşdırma mərkəzləri arasında əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər.

TodayPress TV

ФОТО

Məcnun Məmmədov İsraildə səfərdədir — 1
Məcnun Məmmədov İsraildə səfərdədir — 2
ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Все новости