BDU-da aqrar sığorta fənninin tədrisinə başlandı

BDU-da aqrar sığorta fənninin tədrisinə başlandı
12.01.2026 11:47 Kənd Təsərrüfatı

Bakı Dövlət Universitetində (BDU) 2025–2026-cı tədris ilindən aqrar sığorta fənninin tədrisinə başlanılıb.

TodayPress TV Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, "Bitkilərin sığortalanmasında risklərin və zərərin qiymətləndirilməsi" adlı fənn universitetin Biologiya fakültəsinin magistratura pilləsində tədris olunur.

Aqrar sığorta fənni çərçivəsində tələbələr müxtəlif təbiət hadisələri və digər amillərin əkin sahələri üçün yaratdığı risklər, həmin risklərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması və zərərin hesablanması metodikalarını mənimsəyirlər.

Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmində sığorta hadisələrinin araşdırılması və zərərlərin düzgün hesablanması mühüm əhəmiyyət daşıyır. Zərər çəkmiş təsərrüfatlara sığorta ödənişləri məhz bu hesablamalar əsasında müəyyən edilir.

BDU-da aqrar sığorta fənninin tədrisinə həsr olunmuş açıq dərsdə Biologiya fakültəsinin dekanı, biologiya elmləri doktoru, professor Afət Məmmədova dünyada baş verən iqlim dəyişikliklərinin təbiətə və aqrar sahəyə təsirinə diqqət çəkib. O bildirib ki, təbiət risklərinin düzgün qiymətləndirilməsi kənd təsərrüfatı üçün olduqca vacibdir. Professorun sözlərinə görə, bu fənnin tədrisi fakültə məzunlarının əlavə biliklər əldə etməsinə, onların ixtisas imkanlarının genişlənməsinə və biliklərinin praktik sahələrdə tətbiqinə şərait yaradacaq.

Fənnin bilavasitə tədrisi ilə məşğul olan tanınmış mütəxəssis, müstəqil aqrar sığorta eksperti Zülfü Məmmədov ölkəmizdə tətbiq edilən aqrar sığorta mexanizmi, onun üstünlükləri və kənd təsərrüfatı üçün əhəmiyyəti barədə məlumat verib. Ekspert qeyd edib ki, son illər iqlim dəyişiklikləri səbəbindən dolu, şiddətli küləklər, quraqlıq və digər təbiət hadisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Belə şəraitdə bitkilərə və əkin sahələrinə dəyən zərərin düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Açıq dərsdə BDU-nun Biologiya fakültəsinin magistr tələbəsi Aysun Əsədlinin "Məhsuldarlığın təyini metodikası" mövzusunda təqdimatı dinlənilib. Təqdimatda bitki zərərlərinin araşdırılması zamanı görüləcək tədbirlər, onların ardıcıllığı, diqqət yetirilməli əsas məqamlar və digər vacib məsələlər ətraflı izah olunub.

Qeyd edək ki, BDU-da aqrar sığortaya dair sözügedən fənnin gələcəkdə bakalavr pilləsində də tədrisi nəzərdə tutulur. Bu addım ölkənin aparıcı elm ocaqlarından biri olan BDU-da müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasına, onların praktiki təcrübə qazanmasına və aqrar sığorta sistemində fəal iştirakına geniş imkanlar yaradacaq.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Все новости