Da Vinçinin “Vitruvi adamı” əsərində həndəsi “şifrə” aşkar edildi

Da Vinçinin “Vitruvi adamı” əsərində həndəsi “şifrə” aşkar edildi
01.12.2025 19:00

Britaniyalı diş həkimi Rori Maksveyni Leonardo da Vinçinin məşhur “Vitruvi adamı” rəsminə dair yeni iddia irəli sürüb. Onun sözlərinə görə, rəssam əsərdə təkcə dairə və kvadratla kifayətlənməyib, fiqurun ayaqları arasında bərabərtərəfli üçbucaq da gizlədib.

TodayPress TV xəbər verir ki, bu barədə "Popular Mechanics" jurnalında dərc olunub.

Məqalədə bildirilir ki, aşkar edilən həndəsi element rəsmdəki qeyri-adi dəqiq nisbətləri daha da diqqətəlayiq edir.

Maksveyninin fikrincə, Leonardo daxil etdiyi bu üçbucağı təsadüfən seçməyib. O, stomatologiyada istifadə olunan və aşağı çənənin optimal quruluşunu təsvir edən Bonneville üçbucağı ilə üst-üstə düşür. Tədqiqatçı hesab edir ki, göbək ətrafına beş belə üçbucaq əlavə edildikdə altıbucaqlı naxış yaranır və kvadratın tərəfinin dairənin radiusuna nisbəti təxminən 1,64 olur. Bu nisbət təbiətdə tez-tez rast gəlinən harmonik quruluşlarla uyğun gəlir.

Beləliklə, Maksveyniyə görə, Leonardo da Vinçi “Vitruvi adamı”nda təkcə estetik ideyaları yox, həm də insan bədəninin harmoniyasını əks etdirən fundamental həndəsi prinsipləri gizlətmiş ola bilər. Rəssamın bu nümunələri müasir alimlərdən əsrlər əvvəl intuitiv şəkildə dərk etdiyi ehtimal olunur.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Все новости