"iPhone 17 Pro Max" batareya lideri oldu

"iPhone 17 Pro Max" batareya lideri oldu
05.02.2026 19:15 İKT

Aparılan müstəqil testlərdə "iPhone 17 Pro Max" batareya dözümlülüyü baxımından rəqiblərini geridə qoyaraq ən yaxşı nəticə göstərib.

TodayPress TV xəbər verir ki, "CNet" jurnalistləri populyar smartfonlar üzərində stress-test və video oynatma sınaqları aparıblar.

Müəlliflərin sözlərinə görə, məhz bu iki test batareya göstəricilərini ən dəqiq əks etdirir.

Üç saatlıq video oynatma sınağından sonra ən yüksək nəticəni "iPhone 17 Pro Max" göstərib – cihazda batareyanın 91 faizi qalıb. Sonrakı yerlərdə "OnePlus 15" (90 faiz) və "iPhone 17" (89 faiz) qərarlaşıb. İlk onluqda həmçinin "OnePlus 15R", "Xiaomi Poco F7 Ultra", "Motorola Edge" (2025) və "Samsung Galaxy S25 Plus" da yer alıb.

45 dəqiqəlik maksimal yüklənmə ilə keçirilən stress-testdə isə ən davamlı cihazlar "Apple" smartfonları olub. "iPhone 17 Pro Max", "iPhone 17 Pro", "iPhone 17" və "iPhone 16e" modellərinin batareyası müvafiq olaraq cəmi 1, 2, 2 və 3 faiz azalıb.

Araşdırmanın sonunda hər iki testin orta nəticələri hesablanıb və brendlər üzrə yekun reytinq açıqlanıb. Siyahıya 91,7 faiz göstərici ilə "Apple" başçılıq edib. Ardınca "OnePlus" (89,25), "Motorola"(87,43), "Samsung" (87,22) və "Google" (85,70) qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin sonunda "GSMArena" tərəfindən açıqlanan batareya reytinqində isə lider smartfon "OnePlus 15" olub.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Все новости