“AzInTelecom”dan regionlardakı sahibkarlara dəstək

“AzInTelecom”dan regionlardakı sahibkarlara dəstək
17.02.2026 11:37 İKT

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və “ABAD” – Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin birgə təşəbbüsü ilə Quba və İsmayıllı rayonlarında fəaliyyət göstərən fərdi sahibkarlara dəstək göstərilib.

Bu barədə TodayPress TV-yə şirkətdən bildirilib.

Layihə çərçivəsində yerli sahibkarlara istehsal prosesini daha səmərəli etmək məqsədilə meyvəqurutma avadanlıqları təqdim olunub.

“AzInTelecom” əməkdaşları adıçəkilən regionlara səfər edərək sahibkarların istehsal prosesi ilə yaxından tanış olub, onların fəaliyyəti və ehtiyacları barədə ətraflı məlumat əldə ediblər. Eyni zamanda təqdim olunan cihazın imkanları ilə real iş mühitində tanış olublar.

Quba rayonundan olan sahibkar Turan Yusifli təqdim edilən avadanlıqdan quru meyvəli şirniyyat istehsalında, İsmayıllı rayonundan olan sahibkar Asəf Əhmədov isə sirkə və doşab istehsalında istifadə edəcək. Yeni texniki vasitələr istehsal prosesinin daha rahat və sürətli həyata keçirilməsinə, eyni zamanda məhsuldarlığın artırılmasına imkan yaradacaq.

Korporativ sosial məsuliyyət layihələrinin icrasına xüsusi önəm verən “AzInTelecom” kiçik və orta sahibkarlığın inkişafı istiqamətindəki dəstəyini davam etdirəcək.

TodayPress TV

ФОТО

“AzInTelecom”dan regionlardakı sahibkarlara dəstək — 1
“AzInTelecom”dan regionlardakı sahibkarlara dəstək — 2
“AzInTelecom”dan regionlardakı sahibkarlara dəstək — 3
“AzInTelecom”dan regionlardakı sahibkarlara dəstək — 4
“AzInTelecom”dan regionlardakı sahibkarlara dəstək — 5
ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Все новости