Arda Güler Alonsonun qüruruna çevrildi

Arda Güler Alonsonun qüruruna çevrildi
24.10.2025 09:15 İdman

“Real Madrid” klubunun baş məşqçisi Xabi Alonso türkiyəli yarımmüdafiəçi Arda Gülerin inkişafını yüksək qiymətləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

Xabi Alonso Arda Gülerin inkişafını tərifləyib və onu “gənc, amma artıq böyük oyunçu” adlandırıb.

“Arda hər baxımdan inkişaf mərhələsindədir, o hələ cəmi 20 yaşındadır. Onun yaşı və keyfiyyəti nəzərə alınarsa, biz ona dəstək olmalıyıq — qərar qəbul etmədə, pressinqdə irəliləməlidir, lakin onda çox yaxşı xüsusiyyətlər var. O, oyuna böyük mənalar qatır. Oynadığı zaman komandamızın dinamizmi daha güclü olur. Onun inkişafından çox razıyam, amma biz daha çox istəyirik. “Bayer”də Virts də eyni idi. O, gəncdir, amma artıq böyük oyunçudur - inkişaf mərhələsində olsa da, çox yüksək səviyyədədir”, - deyə Alonso bildirib.

Cari mövsümdə Arda Güler “Real”ın heyətində bütün turnirlərdə 18 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə verib.

Türkiyəli futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında yarımmüdafiəçinin bazar dəyəri 60 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Bütün Xəbərlər