Paşinyanın sözləri müzakirə yaratdı: “Səni tualetdə ölü tapardılar” - VİDEO

Paşinyanın sözləri müzakirə yaratdı: “Səni tualetdə ölü tapardılar” - VİDEO
13.05.2026 21:09 Gündəm

Ermənistan Baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı gənc bir oğlanla dialoqu diqqət çəkib.

TodayPress TV xəbər verir ki, Paşinyan Ermənistan vətəndaşının Qarabağ barədə sözlərinə qəzəblənib.

Belə ki, gənc oğlan 2018-ci il seçkiləri zamanı Paşinyana səs verdiyini, onun isə Qarabağı Azərbaycana “verdiyini” iddia edib.

Gəncin sözlərinə Paşinyan cavabında qeyd edib:

“Sən azadsan. Kimə istəsən, səs verə bilərsən. O qədər azadsan ki, gəlib bunu Baş nazirin üzünə deyirsən. Əvvəlki vaxt olsaydı, səni tualetdə ölü tapardılar”.

Paşinyan Ermənistanın özünü xilas etdiyini, Qarabağın ölkə üçün tələ olduğunu, əvvəlki rəhbərlərin ölkəni talamaq üçün müharibədən sui-istifadə etdiyini vurğulayıb.

Həmçinin o, İkinci Qarabağ müharibəsi başlayarkən cəmi 2 ildir hakimiyyətdə olduğunu xatırladaraq, hazırda Ermənistan ordusunun gücləndiyini bildirib, bunun sübutu kimi isə gənci 28 mayda keçiriləcək parada dəvət edib.

Paşinyan "tualetdə ölü tapılardın" sözünü təsadüfən deməyib. Bu, xatırlatmadır. Belə ki, 2001-ci ildə Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan İrəvanda “Poplavok” kafesinə gedir. Orada sinif yoldaşı Poqos Poqosyan ona “Salam, Rob” deyə müraciət edir. Köçəryana qeyri-rəsmi müraciətə cəsarət etdiyi üçün prezidentin mühafizəçiləri onu tualetə aparıb döyüb öldürürlər.

Cinayəti törədən şəxs isə cəmi bir il şərti cəza alır.

Həmin dialoqun videosunu təqdim edirik:

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Все новости