"Ana dili – Azərbaycan məktəbi"nə qeydiyyat başladı

"Ana dili – Azərbaycan məktəbi"nə qeydiyyat başladı
14.01.2026 12:32 Elm və Təhsil

Xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlar üçün həyata keçirilən "Ana dili – Azərbaycan məktəbi" layihəsinin qeydiyyat prosesinə start verilib.

TodayPress TV xəbər verir ki, qeydiyyat üçün son müraciət tarixi yanvarın 28-dir.

Qeydiyyata keçid: https://anadili.agma.az/

Qeyd edək ki, II yarımil üzrə dərslərin fevralın 1-də başlaması planlaşdırılır.

Xatırladaq ki, sözügedən layihə ölkədən kənarda yaşayan azərbaycanlıların Azərbaycan dilini məsafədən öyrənmələrini, ana dilini qoruyub saxlamalarını və milli-mədəni dəyərlərimizə bağlılıqlarının gücləndirilməsini hədəfləyən sosial-təhsil yönümlü təşəbbüsdür.

"Ana dili – Azərbaycan məktəbi" müxtəlif yaş qruplarını və fərqli dil bilik səviyyələrini əhatə edən onlayn tədris modeli əsasında fəaliyyət göstərir. Layihədə iştirak etmək istəyən şəxslər yaş qrupları, Azərbaycan dilini bilmə səviyyələri və yaşadıqları ölkələrin vaxt zonalarına uyğun şəkildə formalaşdırılan qruplara cəlb olunurlar. Bu məqsədlə iştirakçılar əvvəlcədən qısa dil səviyyəsi yoxlamasından keçirilirlər. Tədris prosesi təcrübəli və ixtisaslı müəllimlər tərəfindən interaktiv təlim metodları əsasında, əvvəlcədən müəyyən edilmiş qrafik üzrə həftədə 2–3 dəfə "Microsoft Teams" platforması vasitəsilə tam ödənişsiz formada təşkil olunur.

Tədris proqramı yalnız dil bacarıqlarının inkişafını deyil, eyni zamanda Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəni irsi haqqında sistemli biliklərin aşılanmasını da əhatə edir.

Qeyd edək ki, proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat verilir.

Əlavə sual yaranarsa, aşağıdakı əlaqə vasitələrinə müraciət etmək mümkündür:

Elektron poçt: [email protected]

Əlaqə: +994 51 226 71 21 (WhatsApp, Telegram)

Qeydiyyata keçid: https://anadili.agma.az/

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident Bakı 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 Все новости