Temu 200 milyon avro CƏRİMƏLƏNDİ

Temu 200 milyon avro CƏRİMƏLƏNDİ
28.05.2026 19:48 Dünya

Çin mənşəli onlayn alış-veriş platforması “Temu” Avropa İttifaqının (Aİ) rəqəmsal qaydalarını pozduğu üçün milyonlarla avro cərimələnib.

TodayPress TV xəbər verir ki, Avropa İttifaqı Komissiyası “Temu” platformasına “Rəqəmsal Xidmətlər Aktı”nı (DSA) pozduğu əsas gətirilərək 200 milyon avro məbləğində cərimə tətbiq edib.

Komissiyanın açıqlamasında bildirilib ki, “Temu” platformasında qanunsuz məhsulların satışı ilə bağlı sistemli riskləri kifayət qədər müəyyən etməyib və qiymətləndirməyib. Qeyd olunub ki, Aİ ölkələrində istehlakçıların platformada qanunsuz məhsullarla qarşılaşma ehtimalı yüksəkdir və şirkətin 2024-cü il üzrə risk qiymətləndirməsi DSA standartlarına uyğun olmayıb.

Araşdırma çərçivəsində həyata keçirilən gizli alış-veriş testləri zamanı seçilən enerji doldurucularının böyük hissəsinin əsas təhlükəsizlik yoxlamalarından keçmədiyi müəyyən edilib. Həmçinin bəzi uşaq oyuncaqlarında kimyəvi maddələrin normanı aşdığı, yaxud qopa bilən hissələr səbəbindən boğulma riski yaratdığı vurğulanıb.

Açıqlamada “Temu”nun tövsiyə sistemləri və influenser dəstəkli məhsul tanıtım proqramlarının qanunsuz məhsulların yayılması riskini yetərincə qiymətləndirmədiyi qeyd olunub. Aİ qaydalarına əsasən, böyük onlayn platformaların xidmətləri ilə bağlı sistemli riskləri ciddi şəkildə analiz etməsi və uyğun tədbirlər görməsi tələb edilir.

Komissiya “Temu”nun 28 avqust 2026-cı ilə qədər pozuntuların aradan qaldırılması ilə bağlı fəaliyyət planı təqdim etməli olduğunu bildirib. Əks halda şirkətin əlavə dövri cərimələrlə üzləşə biləcəyi qeyd olunub.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Все новости