Temu 200 milyon avro CƏRİMƏLƏNDİ

Temu 200 milyon avro CƏRİMƏLƏNDİ
28.05.2026 19:48 Dünya

Çin mənşəli onlayn alış-veriş platforması “Temu” Avropa İttifaqının (Aİ) rəqəmsal qaydalarını pozduğu üçün milyonlarla avro cərimələnib.

TodayPress TV xəbər verir ki, Avropa İttifaqı Komissiyası “Temu” platformasına “Rəqəmsal Xidmətlər Aktı”nı (DSA) pozduğu əsas gətirilərək 200 milyon avro məbləğində cərimə tətbiq edib.

Komissiyanın açıqlamasında bildirilib ki, “Temu” platformasında qanunsuz məhsulların satışı ilə bağlı sistemli riskləri kifayət qədər müəyyən etməyib və qiymətləndirməyib. Qeyd olunub ki, Aİ ölkələrində istehlakçıların platformada qanunsuz məhsullarla qarşılaşma ehtimalı yüksəkdir və şirkətin 2024-cü il üzrə risk qiymətləndirməsi DSA standartlarına uyğun olmayıb.

Araşdırma çərçivəsində həyata keçirilən gizli alış-veriş testləri zamanı seçilən enerji doldurucularının böyük hissəsinin əsas təhlükəsizlik yoxlamalarından keçmədiyi müəyyən edilib. Həmçinin bəzi uşaq oyuncaqlarında kimyəvi maddələrin normanı aşdığı, yaxud qopa bilən hissələr səbəbindən boğulma riski yaratdığı vurğulanıb.

Açıqlamada “Temu”nun tövsiyə sistemləri və influenser dəstəkli məhsul tanıtım proqramlarının qanunsuz məhsulların yayılması riskini yetərincə qiymətləndirmədiyi qeyd olunub. Aİ qaydalarına əsasən, böyük onlayn platformaların xidmətləri ilə bağlı sistemli riskləri ciddi şəkildə analiz etməsi və uyğun tədbirlər görməsi tələb edilir.

Komissiya “Temu”nun 28 avqust 2026-cı ilə qədər pozuntuların aradan qaldırılması ilə bağlı fəaliyyət planı təqdim etməli olduğunu bildirib. Əks halda şirkətin əlavə dövri cərimələrlə üzləşə biləcəyi qeyd olunub.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 All News