"Rəfah" keçidininə kimin nəzarət edəcəyi məlum oldu

"Rəfah" keçidininə kimin nəzarət edəcəyi məlum oldu
18.10.2025 15:00 Dünya

Fələstin Milli Administrasiyası (FMA) və Avropa İttifaqının (Aİ) missiyası Rəfah sərhəd-keçid məntəqəsinin Fələstin tərəfində təhlükəsizliyə nəzarət edəcək.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Misirin Şimali Sinay vilayətinin qubernatoru Xalid Muqavir bildirib.

Qubernator xatırladıb ki, Rəfah keçidi iki hissədən ibarətdir — biri Misir, digəri isə Qəzza zolağı tərəfində yerləşir.

Qeyd edək ki, İsrail hakimiyyəti oktyabrın 15-də HƏMAS-ın ölən girovların cəsədlərinin qaytarılması ilə bağlı öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək Rəfah keçidini açmamaq qərarına gəlib. Bununla yanaşı, İsrailin Qəzzaya humanitar yardım axınını məhdudlaşdıracağı bildirilib. 28 girovdan yalnız dördünün cəsədi İsrailə qaytarılıb.

HƏMAS daha əvvəl 2023-cü ilin oktyabrında girov götürülmüş 20 nəfəri azad edəcəyini açıqlamışdı. Sonradan təşkilat yeddi, daha sonra isə 13 nəfəri azad edib.

Xatırladaq ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında imzalanan sülh planının ilk mərhələsi çərçivəsində bütün girovların “tezliklə” azad ediləcəyini və İsrail qoşunlarının razılaşdırılmış xəttə çəkiləcəyini bildirmişdi.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Bütün Xəbərlər