Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlanıb.
TodayPress TV Türkiyə Futbol Federasiyasına istinadən xəbər verir ki, baş məşqçi Vinçentso Montella dünya çempionatı üçün 26 nəfərlik iştirak ərizəsini müəyyənləşdirib.
Qapıçılar:
Uğurcan Çakır (“Qalatasaray”), Altay Bayındır (“Mançester Yunayted”), Mert Günok (“Fənərbağça”).
Müdafiəçilər:
Merih Demiral (“Əl-Əhli”), Abdülkerim Bardakcı, Eren Elmalı (hər ikisi “Qalatasaray”), Mert Müldür, Çağlar Söyüncü (hər ikisi “Fənərbağça”), Ferdi Kadıoğlu (“Brayton”), Ozan Kabak (“Hoffenhaym”), Samet Akaydın (“Rizespor”), Zeki Çelik (“Roma”).
Yarımmüdafiəçilər:
İsmail Yüksek (“Fənərbağça”), Hakan Çalhanoğlu (“İnter”), Kaan Ayhan (“Qalatasaray”), Orkun Kökçü (“Beşiktaş”), Salih Özcan (“Borussiya Dortmund”).
Hücumçular:
Arda Güler (“Real Madrid”), Barış Alper Yılmaz, Yunus Akgün (hər ikisi “Qalatasaray”), Can Uzun (“Ayntraxt Frankfurt”), Deniz Gül (“Portu”), İrfan Can Kahveci, Oğuz Aydın, Kerem Aktürkoğlu (hamısı “Fənərbağça”), Kenan Yıldız (“Yuventus”).
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-da uğurlu çıxış etmək üçün təcrübəli və gənc futbolçuların yer aldığı balanslı heyətlə mübarizə aparacaq.
Namiq HUN