PKK-nın tərksilah prosesi 10 günə başlayacaq

PKK-nın tərksilah prosesi 10 günə başlayacaq
02.07.2025 12:26 Dünya

Türkiyədə terror təşkilatı kimi tanınan PKK-nın ilk 50 nəfərlik döyüşçü qrupu yaxın 10 gün ərzində Şimali İraqın Daquq şəhərində silahı yerə qoyacaq.

TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, PKK-nın daha əvvəl elan etdiyi özünü buraxma qərarından sonra başlayan tərksilah prosesi sentyabr ayınadək başa çata bilər.

Türkiyə mətbuatının yazdığına görə, bu prosesdə PKK-nın bütün düşərgələri sonradan İraqın mərkəzi hakimiyyətinin nəzarətinə veriləcək.

Silahların təhvil verilməsi mərhələsi Türkiyə, İraq mərkəzi hökuməti və İraq Kürd Muxtariyyət Administrasiyası tərəfindən birgə şəkildə, lakin BMT və digər xarici tərəflərin iştirakı olmadan həyata keçiriləcək.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik bu barədə jurnalistlərə açıqlamasında bildirib ki, PKK-nın tam tərksilahı “yaxın günlərdə” baş tuta bilər:

“Dəqiq tarix demək istəmirəm, amma elə mərhələdəyik ki, bu, hər an baş verə bilər. Bu, Türkiyənin terror təhlükəsindən xilas olması baxımından son dərəcə əhəmiyyətli olacaq”, – deyə o bildirib.

Əldə olunan məlumata görə, ümumilikdə 3.400-ə yaxın PKK üzvü silahdan imtina edəcək. Onlardan təxminən 2.000 nəfərin Türkiyəyə qayıtması, PKK-nın rəhbərliyində olan 250 nəfərə yaxın şəxsin isə İraq və Suriyadan Avropa ölkələrinə və Cənubi Afrikaya keçməsi gözlənilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
02 IYUN 2026
İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bütün Xəbərlər