İran AEBA-nı münaqişədə iştirakda ittiham etdi

İran AEBA-nı münaqişədə iştirakda ittiham etdi
19.06.2025 13:43 Dünya

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai BMT-nin nəzdində fəaliyyət göstərən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyini (AEBA) İsrailin əməliyyatlarında iştirakda ittiham edib.

TodayPress TV xəbər verir ki, bu barədə "İRNA" məlumat yayıb.

O, bildirib ki, İsrailin hücumlarından əvvəl AEBA İranın Nüvə Silahlarının Yayılmaması üzrə Müqavilə (NPT) çərçivəsindəki öhdəliklərini yerinə yetirmədiyinə dair hesabat yayıb. İran isə bu hesabatın İsrail üçün hücumlara başlamaqda bəhanə rolunu oynadığını qeyd edib.

Bəqai tənqidlərini birbaşa AEBA-nın Baş direktoru Rafael Qrossiyə yönəldib:

“Yayılmamanı təmin edən sistemi satdınız. AEBA-nı bu ədalətsiz hücum müharibəsində tərəfə çevirdiniz”, – deyə o, "X" sosial şəbəkəsində yazıb.

Qrossi isə "CNN"ə müsahibəsində AEBA-nın İranın sistematik şəkildə nüvə silahı hazırladığına dair sübutlara malik olmadığını bildirmişdi.

Bəqai həmin açıqlamaya cavab olaraq: “Artıq çox gecdir”, – deyə şərh verib.

Töhfə Səməd

XƏBƏR LENTİ
02 IYUN 2026
"Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 Bütün Xəbərlər