Britaniya Kral III Çarlzın ABŞ ilə gərginliyə cəlb olunmamasına çalışır

Britaniya Kral III Çarlzın ABŞ ilə gərginliyə cəlb olunmamasına çalışır
25.05.2025 17:00 Dünya

Böyük Britaniya rəsmiləri, Kral III Çarlzın 26–27 may tarixlərində Kanadaya edəcəyi səfər zamanı, Ottava ilə Vaşinqton arasındakı siyasi qarşıdurmaya cəlb olunmaması üçün səylər göstərirlər. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti səfərin təşkili ilə bağlı mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Britaniya nazirləri Kanada hökumətini ABŞ prezidenti Donald Tramp ətrafındakı mübahisələrdən kralı uzaq saxlamağa inandırmağa çalışır, lakin kanadalılar bu təklifə ciddi müqavimət göstərirlər.

Qeyd edək ki, may 27-də Böyük Britaniya monarxı və eyni zamanda formal olaraq Kanadanın dövlət başçısı olan Kral III Çarlz, Kanada parlamentinin yeni çağırış sessiyasını açacaq və 30 dəqiqəlik çıxış edəcək. Bu, 1957-ci ildən bəri ilk dəfə baş verəcək. Kralın çıxışının Kanadanın yeni baş naziri Mark Karni tərəfindən yazılacağı və ABŞ ilə mümkün ticarət mübahisəsində Ottavanın mövqeyini dəstəkləyib-dəstəkləmədiyinə dair diqqətlə analiz olunacağı bildirilir.

Londondakı Universitet Kollecinin Tarix və Siyasət Mərkəzinin direktoru professor Filip Merfinin fikrincə, Kanada hökuməti həm rəsmi protokolu qoruyub saxlamaq, həm də monarxın konstitusiya statusundakı qeyri-müəyyənlikdən faydalanmağa çalışacaq:

“Onlar vurğulayacaqlar ki, Çarlz yalnız Kanadanın deyil, eyni zamanda Birləşmiş Krallığın kralıdır və bu status dünya tərəfindən qəbul edilir. Onun iştirakı Britaniyanın Kanadanı ABŞ ilə mümkün mübahisədə dəstəklədiyi mesajı kimi təqdim edilə bilər”.

"BBC"nin analizinə görə, bu səfər Kanadanın ABŞ qarşısında müstəqil mövqeyini nümayiş etdirmək məqsədi daşıyır. Kanadadakı monarxiya tarixçisi Castin Vovkun fikrincə, bu səfər amerikalılardan fərqli cəhətləri vurğulayan "teatr tamaşası” kimi planlaşdırılıb və Kanadanın ABŞ-nin 51-ci ştatı olması fikrini təkzib etməyə xidmət edir.

Xatırladaq ki, Donald Tramp dəfələrlə Kanadalıların böyük qisminin ölkələrinin ABŞ-yə birləşməsini istədiyini iddia edib. Onun fikrincə, bu cür birləşmə Kanadaya iqtisadi sabitlik və xarici təhlükələrdən müdafiə təmin edəcək. Lakin baş nazir Mark Karni ölkəsinin ABŞ-yə heç bir formada birləşməyəcəyini dəfələrlə bəyan edib.

Töhfə Səməd 

XƏBƏR LENTİ
03 IYUN 2026
Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin - Jurnalistdən TƏNQİD 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 Bütün Xəbərlər