Almaniyada kütləvi etiraz - hərbi xidmətə yox!

Almaniyada kütləvi etiraz - hərbi xidmətə yox!
09.05.2026 02:00 В мире

Almaniyanın müxtəlif bölgələrində minlərlə tələbə cümə günü yeni hərbi xidmət qanununa etiraz əlaməti olaraq dərslərə qatılmayaraq, bu addımın ölkədə daha geniş militarizasiya siyasətinə keçidin göstəricisi olduğunu bildiriblər.

TodayPress TV xəbər verir ki, “School Strike Against Conscription Initiative” adlı təşəbbüs tərəfindən təşkil olunan aksiyalar Berlin, Hamburq, Bonn və Münhen daxil olmaqla, ölkənin təxminən 130 şəhərində keçirilib.

“Tarixi 8 mayı xatırlayır və açıq şəkildə deyirik: bir daha müharibə yox, bir daha faşizm yox, bir daha məcburi hərbi xidmət yox”, - deyə qrup yaydığı bəyanatda bildirib.

Qeyd edək ki, çağırış İkinci Dünya müharibəsinin başa çatmasının 81-ci ildönümünə təsadüf edib.

Almaniyada 2026-cı ilin əvvəlindən qüvvəyə minən yeni hərbi xidmət qanununa əsasən, 18 yaşına çatan bütün kişilər silahlı qüvvələrə qoşulmaq üçün uyğunluq, bacarıq və maraqlarını qiymətləndirən sorğu anketini doldurmalıdırlar.

Hazırda sistem könüllülük prinsipi əsasında fəaliyyət göstərsə də, etirazçılar hesab edir ki, hökumət mərhələli şəkildə məcburi hərbi xidmətə qayıtmağı planlaşdırır. Onların sözlərinə görə, bu il məcburi anketlər, gələn il isə hərbi həkimlər tərəfindən tibbi müayinələr tətbiq olunacaq.

“Kansler Fridrix Merts kifayət qədər könüllü tapılmadığı halda məcburi xidmətin tətbiq edilə biləcəyini irəli sürür. Bu isə bir şeyi açıq göstərir: müharibəyə hazırlıq gedir və biz – gənclər bu prosesdə yem kimi istifadə olunacağıq”, - deyə təşəbbüs vurğulayıb. 

Berlində cümə günü təxminən 2 min tələbə və onların tərəfdarları paytaxtın simvollarından olan Brandenburq qapısı önündə toplaşıb, daha sonra kansler Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqının qərargahına doğru yürüş ediblər.

Almaniyada yeni hərbi xidmət qanunu hazırda təxminən 184 min aktiv hərbçidən ibarət olan silahlı qüvvələrdə kadr çatışmazlığını aradan qaldırmağı hədəfləyir.

Artan beynəlxalq böhranlar fonunda və NATO qarşısında öhdəliklərin yerinə yetirilməsi məqsədilə Müdafiə Nazirliyi 2035-ci ilə qədər ordu sıralarını 260 mindən çox hərbçiyə çatdırmağı planlaşdırır. Bu isə hər il təxminən 20 min yeni çağırışçının cəlb olunmasını tələb edir və bir çox ekspertlər bunun yalnız könüllülük əsasında mümkün olmayacağını bildirirlər.

Əgər könüllü cəlb etmə kifayət etməzsə, parlament qanuna yenidən baxmalı olacaq və tələbat əsasında, hətta məcburi hərbi xidmət variantını da nəzərdən keçirə bilər.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 Все новости