Yeni nəqliyyat sistemi cibimizə necə təsir edəcək?

Yeni nəqliyyat sistemi cibimizə necə təsir edəcək?
25.05.2026 16:38 Cəmiyyət

Nəqliyyat sahəsində sərnişinlər üçün gündəlik, aylıq və illik bilet paketlərinin tətbiqi ilə bağlı təkliflər gündəmdədir. Layihəyə əsasən, sərnişinlər müəyyən müddət ərzində bir ictimai nəqliyyat vasitəsindən digərinə əlavə ödəniş etmədən keçid edə biləcəklər. Xüsusilə 90 dəqiqəlik pulsuz transfer imkanının tətbiqi şəhərdaxili hərəkətin daha rahat və sərfəli olmasına şərait yarada bilər.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov TodayPress TV-yə açıqlamasında bildirib ki, hazırda bununla bağlı yekun qərar verilməyib və məsələ hələlik təklif mərhələsindədir.


Onun sözlərinə görə, bu sistemin tətbiqi üçün ilk növbədə ictimai nəqliyyatda rəqəmsallaşma prosesi tam başa çatmalıdır:

"Hazırda bununla bağlı yekun qərar yoxdur. Sadəcə müxtəlif təkliflər irəli sürülüb. İctimai nəqliyyat sistemində rəqəmsallaşma tam təmin edildikdən və özəl daşıyıcılar da vahid sistemə inteqrasiya olunduqdan sonra belə bir modelin tətbiqi mümkün ola bilər".

Ekspertin fikrincə, gündəlik və aylıq paketlərin tətbiqi sərnişinlərə daha sərfəli tariflər təqdim etməklə yanaşı, nəqliyyatda nağdsız ödənişlərin genişlənməsinə də təkan verə bilər. Eyni zamanda vahid bilet sistemi avtobus, metro və digər ictimai nəqliyyat vasitələri arasında inteqrasiyanı gücləndirərək sərnişin axınının daha səmərəli idarə olunmasına imkan yaradar.

Bəs bu sistem nədir və hansı ölkələrdə tətbiq olunub?

Elə qardaş ölkə Türkiyənin şəhəri İstanbulda "İstanbulkart" ilə metro, avtobus, tramvay və bərə arasında 90 dəqiqə ərzində pulsuz keçid etmək mümkündür. Fransada "Navigo" kartı, İtaliyada isə "BIT" bileti oxşar prinsiplə işləyir. İngiltərədə "Oyster" kartı ilə isə gün ərzində müəyyən limit keçdikdən sonra əlavə ödəniş tutulmur.

Bu sistemin ən böyük üstünlüyü odur ki, sərnişinlər bir nəqliyyat vasitəsindən digərinə keçərkən əlavə pul ödəmir. Bu, xüsusilə işə-gediş-gəliş edənlər üçün çox qənaətli olur. 

Təcrübə göstərir ki, belə sistem tətbiq olunan şəhərlərdə ictimai nəqliyyatdan istifadə edənlərin sayı 15-30 faizə qədər artır. İnsanlar şəxsi avtomobildən imtina edir, nəticədə yollarda tıxac azalır, hava çirklənməsi aşağı düşür.

Əgər Bakıda da bu cür inteqrasiya olarsa, tıxacların sayı azalar.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Все новости