Yeni nəqliyyat sistemi cibimizə necə təsir edəcək?

Yeni nəqliyyat sistemi cibimizə necə təsir edəcək?
25.05.2026 16:38 Cəmiyyət

Nəqliyyat sahəsində sərnişinlər üçün gündəlik, aylıq və illik bilet paketlərinin tətbiqi ilə bağlı təkliflər gündəmdədir. Layihəyə əsasən, sərnişinlər müəyyən müddət ərzində bir ictimai nəqliyyat vasitəsindən digərinə əlavə ödəniş etmədən keçid edə biləcəklər. Xüsusilə 90 dəqiqəlik pulsuz transfer imkanının tətbiqi şəhərdaxili hərəkətin daha rahat və sərfəli olmasına şərait yarada bilər.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov TodayPress TV-yə açıqlamasında bildirib ki, hazırda bununla bağlı yekun qərar verilməyib və məsələ hələlik təklif mərhələsindədir.


Onun sözlərinə görə, bu sistemin tətbiqi üçün ilk növbədə ictimai nəqliyyatda rəqəmsallaşma prosesi tam başa çatmalıdır:

"Hazırda bununla bağlı yekun qərar yoxdur. Sadəcə müxtəlif təkliflər irəli sürülüb. İctimai nəqliyyat sistemində rəqəmsallaşma tam təmin edildikdən və özəl daşıyıcılar da vahid sistemə inteqrasiya olunduqdan sonra belə bir modelin tətbiqi mümkün ola bilər".

Ekspertin fikrincə, gündəlik və aylıq paketlərin tətbiqi sərnişinlərə daha sərfəli tariflər təqdim etməklə yanaşı, nəqliyyatda nağdsız ödənişlərin genişlənməsinə də təkan verə bilər. Eyni zamanda vahid bilet sistemi avtobus, metro və digər ictimai nəqliyyat vasitələri arasında inteqrasiyanı gücləndirərək sərnişin axınının daha səmərəli idarə olunmasına imkan yaradar.

Bəs bu sistem nədir və hansı ölkələrdə tətbiq olunub?

Elə qardaş ölkə Türkiyənin şəhəri İstanbulda "İstanbulkart" ilə metro, avtobus, tramvay və bərə arasında 90 dəqiqə ərzində pulsuz keçid etmək mümkündür. Fransada "Navigo" kartı, İtaliyada isə "BIT" bileti oxşar prinsiplə işləyir. İngiltərədə "Oyster" kartı ilə isə gün ərzində müəyyən limit keçdikdən sonra əlavə ödəniş tutulmur.

Bu sistemin ən böyük üstünlüyü odur ki, sərnişinlər bir nəqliyyat vasitəsindən digərinə keçərkən əlavə pul ödəmir. Bu, xüsusilə işə-gediş-gəliş edənlər üçün çox qənaətli olur. 

Təcrübə göstərir ki, belə sistem tətbiq olunan şəhərlərdə ictimai nəqliyyatdan istifadə edənlərin sayı 15-30 faizə qədər artır. İnsanlar şəxsi avtomobildən imtina edir, nəticədə yollarda tıxac azalır, hava çirklənməsi aşağı düşür.

Əgər Bakıda da bu cür inteqrasiya olarsa, tıxacların sayı azalar.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 All News