İctimai yerlərdə heyvan kəsimi: Uşaqlar təhlükə altında

İctimai yerlərdə heyvan kəsimi: Uşaqlar təhlükə altında
08.04.2026 16:22 Cəmiyyət

İctimai yerlərdə mal-qara kəsib başlarını asırlar, və bu mənzərə həm böyüklərin, həm də uşaqların gözü önündə baş verir. Belə hallar uşaqlara necə təsir edir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, uşaqların psixoloji inkişafı nəzərə alındıqda, bu cür görüntülər onların emosional dünyasına mənfi təsir göstərə bilər.


Onun sözlərinə görə, uşaqların psixikası hələ tam formalaşmadığı üçün onlar gördükləri hadisələri böyüklər kimi analiz edə bilmirlər:

"İctimai yerlərdə heyvan kəsimi, qan görüntüləri və heyvan başlarının asılması uşaqlarda qorxu, narahatlıq, təşviş, hətta yuxu pozuntuları yarada bilər. Bəzi hallarda isə uşaqlarda aqressiv davranışların artması və zorakılığa qarşı həssaslığın azalması müşahidə oluna bilər. Xüsusilə kiçik yaşlı uşaqlar bu görüntüləri travmatik hadisə kimi qəbul edə bilərlər. Bu isə onların emosional təhlükəsizlik hissini zəiflədə, uzun müddətli psixoloji gərginliyə səbəb ola bilər". 

Psixoloq vurğulayıb ki, azyaşlıların bu cür görüntülərlə tez-tez qarşılaşması empati hissinin azalmasına və zorakılığı normallaşdırmağa gətirib çıxara bilər:

"Valideynlər bu hallarda uşaqları mümkün qədər bu cür görüntülərdən uzaq tutmağa çalışmalıdırlar. Əgər uşaq artıq belə bir vəziyyətə şahid olubsa, valideyn onunla sakit və anlayışlı şəkildə danışmalı, qorxularını dinləməli və hisslərini ifadə etməsinə şərait yaratmalıdır. Uşağın qorxusunu kiçiltmək və ya “bu normaldır” kimi ifadələr işlətmək tövsiyə olunmur. Əksinə, uşağın hisslərini qəbul etmək və ona emosional dəstək göstərmək vacibdir".

Mütəxəssis əlavə edib ki, cəmiyyət olaraq da bu məsələyə həssas yanaşmaq lazımdır. Onun sözlərinə görə, heyvan kəsimi sanitariya və etik qaydalara uyğun, uşaqların görmədiyi qapalı məkanlarda həyata keçirilməlidir. 

"İctimai yerlərdə bu cür görüntülərin nümayiş etdirilməsi uşaqların psixoloji sağlamlığı baxımından uyğun deyil. Unutmayaq ki, uşaqlar gördükləri mühitdə böyüyürlər. Onların sağlam psixoloji inkişafı üçün təhlükəsiz, sakit və travmadan uzaq mühit yaratmaq həm valideynlərin, həm də cəmiyyətin ortaq məsuliyyətidir", - deyə Zeynəb Əyyubova fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 Все новости