İctimai yerlərdə heyvan kəsimi: Uşaqlar təhlükə altında

İctimai yerlərdə heyvan kəsimi: Uşaqlar təhlükə altında
08.04.2026 16:22 Cəmiyyət

İctimai yerlərdə mal-qara kəsib başlarını asırlar, və bu mənzərə həm böyüklərin, həm də uşaqların gözü önündə baş verir. Belə hallar uşaqlara necə təsir edir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, uşaqların psixoloji inkişafı nəzərə alındıqda, bu cür görüntülər onların emosional dünyasına mənfi təsir göstərə bilər.


Onun sözlərinə görə, uşaqların psixikası hələ tam formalaşmadığı üçün onlar gördükləri hadisələri böyüklər kimi analiz edə bilmirlər:

"İctimai yerlərdə heyvan kəsimi, qan görüntüləri və heyvan başlarının asılması uşaqlarda qorxu, narahatlıq, təşviş, hətta yuxu pozuntuları yarada bilər. Bəzi hallarda isə uşaqlarda aqressiv davranışların artması və zorakılığa qarşı həssaslığın azalması müşahidə oluna bilər. Xüsusilə kiçik yaşlı uşaqlar bu görüntüləri travmatik hadisə kimi qəbul edə bilərlər. Bu isə onların emosional təhlükəsizlik hissini zəiflədə, uzun müddətli psixoloji gərginliyə səbəb ola bilər". 

Psixoloq vurğulayıb ki, azyaşlıların bu cür görüntülərlə tez-tez qarşılaşması empati hissinin azalmasına və zorakılığı normallaşdırmağa gətirib çıxara bilər:

"Valideynlər bu hallarda uşaqları mümkün qədər bu cür görüntülərdən uzaq tutmağa çalışmalıdırlar. Əgər uşaq artıq belə bir vəziyyətə şahid olubsa, valideyn onunla sakit və anlayışlı şəkildə danışmalı, qorxularını dinləməli və hisslərini ifadə etməsinə şərait yaratmalıdır. Uşağın qorxusunu kiçiltmək və ya “bu normaldır” kimi ifadələr işlətmək tövsiyə olunmur. Əksinə, uşağın hisslərini qəbul etmək və ona emosional dəstək göstərmək vacibdir".

Mütəxəssis əlavə edib ki, cəmiyyət olaraq da bu məsələyə həssas yanaşmaq lazımdır. Onun sözlərinə görə, heyvan kəsimi sanitariya və etik qaydalara uyğun, uşaqların görmədiyi qapalı məkanlarda həyata keçirilməlidir. 

"İctimai yerlərdə bu cür görüntülərin nümayiş etdirilməsi uşaqların psixoloji sağlamlığı baxımından uyğun deyil. Unutmayaq ki, uşaqlar gördükləri mühitdə böyüyürlər. Onların sağlam psixoloji inkişafı üçün təhlükəsiz, sakit və travmadan uzaq mühit yaratmaq həm valideynlərin, həm də cəmiyyətin ortaq məsuliyyətidir", - deyə Zeynəb Əyyubova fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Bütün Xəbərlər