Ət və süd məhsullarını alarkən EHTİYATLI OLUN! - XƏBƏRDARLIQ

Ət və süd məhsullarını alarkən EHTİYATLI OLUN! - XƏBƏRDARLIQ
03.11.2025 17:25 Общество

Son günlər dabaq xəstəliyi cəmiyyətdə narahatlıq yaradır. Xüsusilə də heyvan mənşəli xəstəliklərin insanlara keçməsi ilə bağlı qorxu hallarının artdığı müşahidə olunur.


Bəs həqiqətən bu xəstəlik insanlara keçə bilər?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov TodayPress TV-yə açıqlamasında qeyd edib ki, yer üzündə mövcud olan xəstəliklərin təxminən 75 faizi tarix boyu heyvan mənşəli olub, yəni heyvanlardan insanlara keçib. Dabaq da həmin xəstəliklərdən biridir. 


Onun sözlərinə görə, dabaq yeni deyil və lazımi gigiyenik qaydalara əməl olunduğu halda, insan sağlamlığı üçün ciddi təhlükə yaratmır: 

"Ancaq insanın əlində yara və ya xırda bir cızıq olduqda, xəstə heyvanın dərisinə, ağzına, selikli qişasına və ya ətinə toxunmaq yoluxma riskini artırır. Eyni zamanda, immun sistemi zəif olan şəxslər xəstə heyvana çox yaxın məsafədə olduqda nəfəs məsafəsində virusun keçməsi mümkündür".

Mütəxəssis vətəndaşlara tövsiyə edib ki, ət və süd məhsullarını alarkən ehtiyatlı davransınlar, lakin panikaya qapılmasınlar:


"Sadəcə bu məhsullar mütləq şəkildə yaxşı bişirilməli və ya qaynadılmalıdır. Yüksək temperaturda bişirilən və ya qaynadılan ət və süd məhsullarında dabaq virusu məhv olur. Buna görə də kifayət qədər istilikdə emal olunan məhsullardan istifadə etmək tam təhlükəsizdir".

Eyyub Hüseynov vurğulayıb ki, əsas məsələ düzgün emal və gigiyenik qaydalara əməl etməkdir. Bu halda dabaq xəstəliyinin insanlara keçməsi riski minimuma enir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Все новости