Polşada prezident seçildi: Yeni düzənə nə vəd edir? – ŞƏRH

Polşada prezident seçildi: Yeni düzənə nə vəd edir? – ŞƏRH
04.06.2025 13:08 Təhlil

“Karol Navrotskinin prezident seçilməsi Polşada siyasi böhranı dərinləşdirəcək”.

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən deyib.

O, seçkilərin birinci turunu xatırladıb:

“Polşada keçirilən prezident seçkilərinin birinci turunda Varşava meri Rafel Tşaskovskinin Karol Navrotskidən öndə olması, eləcə də hakim koalisiya tərəfindən dəstəklənməsi ikinci turda da onun qalib gəlmə ehtimallarını artırırdı. Lakin Navrotskinin prezident seçilməsinə şahidlik etdik. Təbii ki, Polşada prezident səlahiyyətləri xeyli məhdudlaşdırılmış səlahiyyətlərdir, amma buna baxmayaraq, hökümətin bir sıra təşəbbüslərinə, o cümlədən Polşa parlamentinin qəbul etdiyi bu və ya digər qərarlara veto qoymaq kimi hüququ var. Mühafizəkar namizəd Navrotskinin Brüsselə qarşı məsafəli münasibəti, eləcə də Ukraynanın NATO və Aİ-yə üzvlüyünə xoş baxmaması məlumdur. O, bu mövqeyini dəfələrlə müxtəlif platformalarda bəyan edib. Ölkə daxilində miqrant axını kimi məsələlərdə də kəskin mövqe nümayiş etdirib. Donald Tuskun Baş nazirliyi dövründə Tşaskovskinin prezident seçilməsi hazırkı hakimiyyətin siyasətini daha rahat davam etdirməsi üçün geniş imkanlar yaradacaqdı. Lakin Tusk hakimiyyətini dəfələrlə tənqid edən şəxsin prezident olması, istər-istəməz, ölkə daxilində siyasi böhranı dərinləşdirəcək. Hətta bu böhran zamanla növbədənkənar parlament seçkilərinin keçirilməsinə qədər gəlib çıxa bilər. Namizədlərin nəticələrinin arasındakı cüzi fərq isə Polşada xalq arasında parçalanmanın mövcud olduğunu göstərdi”. 

Analitik Navrotskinin Rusiya və Ukrayna ilə münasibətlərinə də toxunub:

“Navrotski hər nə qədər Ukraynanın NATO və Aİ üzlüyü ilə bağlı məsələlərə mənfi münasibətdə olsa da, onun Rusiya hakimiyyətinə qarşı mövqeyi də məlumdur. Rusiyanı hər zaman sərt şəkildə tənqid edən siyasi liderlərdən biridir. Hətta bir müddət əvvəl Polşada Qırmızı Orduya aid heykəlin sökülməsinə görə Rusiya Navrotski barəsində cinayət işi qaldırıb, onu axtarışa vermişdi. İndiki halda Polşanın Ukraynaya olan dəstəyinin tamamilə azalması gözlənilməsə də, əvvəlki qədər asan şəkildə yardım göstərməsi də mümkün olmayacaq. Bu, təkcə Rusiya ilə bağlı məsələ deyil, həm də Navrotskinin məsələlərə baxışından irəli gəlir. Bu mənada onu faktiki olaraq Donald Trampın siyasi xəttinə yaxın lider kimi də təqdim edə bilərik. Ukrayna üçün qəti dönüş olmasa da, Polşanın yardımları Ukraynaya böyük dəstəkdir. Xüsusən də silah-sursat, texnika və digər avadanlıqlar məhz Polşa ərazisindən ötürülür. Bu səbəbdən Polşa, həmçinin Avropa və Qərbin Ukraynaya yönələn logistik dəstəyini təmin edir. Navrotskinin prezident seçilməsi bu istiqamətdə ölkənin maraqlarını ön plana çəkməklə bu və ya digər şəkildə Baş nazir Tusk və onun koalisiyası ilə bağlı problemlərin ortaya çıxmasına zəmin yaradacaq”.

Qeyd edək ki, Polşada keçirilən prezident seçkilərinin ikinci turunda Hüquq və Ədalət Partiyasının namizədi Karol Navrotski qalib gəlib. O, 50,89% səs toplayıb. 10 milyon 606 min 877 seçici Navrotskiyə səs verib.

Qiymət Mahir

FOTOLAR

Polşada prezident seçildi: Yeni düzənə nə vəd edir? – ŞƏRH — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici dövlətlərin kəşfiyyat orqanlarının Azərbaycanda təxribat törətməsinin qarşısı alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Bütün Xəbərlər