Rəsmi Bakıdan SƏRT CAVAB: Aİ–Azərbaycan dialoqunda yeni gərginlik?

Rəsmi Bakıdan SƏRT CAVAB: Aİ–Azərbaycan dialoqunda yeni gərginlik?
09.12.2025 18:32

“2 dekabr 2025-ci ildə Avropa İttifaqı–Ermənistan Tərəfdaşlıq Şurasının qəbul etdiyi “Avropa İttifaqı–Ermənistan Strateji Gündəliyi” sənədi region üçün mühüm siyasi siqnaldır və onun tərkibində Azərbaycanın maraqlarına zidd elementlərin yer alması sülh prosesinə müəyyən mənfi təsir göstərə bilər”. 

Politoloq Anar İsayev bunu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, bu, Avropa İttifaqının (Aİ) regional balanssız mövqeyi görüntüsü yarada bilər:

“Belə ki, sənəddə post-münaqişə reallıqlarının təhrif edilməsi və birtərəfli vurğular Aİ-nin Ermənistana daha yaxın siyasi-strateji kursa keçid etdiyini, həmçinin Azərbaycan–Ermənistan məsələsində neytrallıqdan uzaqlaşdığı təəssüratını gücləndirir. Bu isə Bakı üçün Aİ-nin vasitəçilik rolunu zəiflədə bilər. Azərbaycan indiyədək Aİ-ni neytral aktor kimi qəbul edirdi, amma sənəddəki vurğular bu rolu sual altına qoya, Ermənistanı danışıqlarda daha sərt mövqeyə həvəsləndirə bilər.

Sənəd Aİ-nin Ermənistana təhlükəsizlik dəstəyi, islahatlar, iqtisadi yaxınlaşma, ümumi təhlükəsizlik və müdafiə siyasəti sahəsində genişləndirilmiş əməkdaşlıq vədi verir. Bu paralel dəstək Ermənistanın sülh danışıqlarında xüsusi tələblərinin artmasına, 2020–2023 reallıqlarını tam qəbul etməməsinə, sərhəd məsələləri və kommunikasiyalar üzrə irəliləyişi ləngitməsinə səbəb ola bilər”.


Ekspert belə sənədlərin Aİ–Azərbaycan dialoqunda yeni gərginlik yarada biləcəyini və Bakının da buna cavab olaraq bir sıra mümkün addımlar ata biləcəyini deyib:

“Belə ki, Aİ ilə yüksək səviyyəli dialoqu müvəqqəti zəiflətmək, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində Aİ-nin rolunu məhdudlaşdırmaq, regionda özünə daha uyğun hesab etdiyi formatlara istiqamətlənmək kimi addımlar istisna deyil. Bu isə sülh prosesində Qərbin rolunu azalda bilər. Bütün bu sadaladığım səbəblərə baxmayaraq, bir vacib məqamı qeyd edim ki, Aİ–Ermənistan sənədi hər nə qədər birtərəfli olsa da, Azərbaycan–Ermənistan sülhünün həlledici şərtləri Aİ deyil, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda paraflanmış sülh sazişinə əsasən Bakı və İrəvanın öz razılığıdır. Reallıqda sərhəd delimitasiyası, kommunikasiyaların açılması, sülh sazişi mətninin yekunlaşdırılması hələ də iki ölkə arasında gedən birbaşa proseslərlə həll edilir. Aİ-nin sənədi bu prosesi çətinləşdirə bilər, amma onun nəticəni tam bloklamaq gücü yoxdur”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla Aİ arasında imzalanan sənədi şərh edib.


Bildirilib ki, 2 dekabr 2025-ci il tarixində Brüssel şəhərində keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 Все новости