ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi

ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi
03.07.2025 17:35 Xarici siyasət

Azərbaycan Milli Məclisinin deputatı Qaya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28 iyun - 03 iyulda Portuqaliyanın Porto şəhərində keçirilmiş illik sessiyasında iştirak edib.

TodayPress TV xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev daxil olub.

Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və Portuqaliyadakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov nümayəndə heyətini müşayiət edib. Sessiyada Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb və ATƏT PA prezidenti, vitse-prezidenti və digər vəzifələrə seçkilər keçirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Assambleyanın plenar iclasında və komitələrin iclaslarında müzakirələrdə fəal iştirak edib, çıxışlarında Azərbaycanın regionda sülh və əməkdaşlığın bərqərar olması səyləri, ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlıq, o cümlədən COP29-da Azərbaycan rəhbərliyinin səyləri sayəsində razılaşdırılmış tarixi qərarlar və hazırda COP29-un sədri kimi Azərbaycan tərəfinin həyata keçirdiyi səylər barədə ətraflı məlumat vermiş və ümumavropa təhlükəsizliyi məsələləri ətrafında fikirlərini bölüşüblər.

Milli Məclisin deputatları münaqişənin Azərbaycana vurduğu ziyan və mina problemi haqqında Assambleyanı məlumatlandırıb, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququnun təmin edilməsinin zəruriliyini vurğulayıblar.

Nümayəndə heyətinin rəhbəri Qaya Məmmədovun təklifi ilə Parlament Assambleyası beynəlxalq ictimaiyyəti Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə, yenidənqurma və bərpa məsələlərində yardım göstərməyə çağıran qərar qəbul edib.

Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev yenidən ATƏT PA İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri seçilib.

Sessiyada Ermənistan nümayəndə heyəti Assambleyanın yekun sənədinin layihəsinə Azərbaycan əleyhinə düzəlişlər (hazırda məhkəmələri gedən erməni millətinə məxsus məlum şəxslərin qeyd-şərtsiz azadlığa buraxılması, Azərbaycanda erməni irsinin guya dağıdılması və s.) verib. Lakin Azərbaycan nümayəndə heyətinin apardığı iş nəticəsində bu düzəlişlər Assambleya tərəfindən səsvermədə rədd edilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri və üzvləri ATƏT PA-nın yeni seçilmiş prezidenti Pere Joan Pons, vitse-prezidentləri və digər ölkələrin nümayəndə heyətləri ilə çoxsaylı görüşlər keçirib.

FOTOLAR

ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 1
ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 2
ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 3
ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 4
ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 5
ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 6
ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 7
ATƏT PA Azərbaycan ilə bağlı çağırış etdi — 8
XƏBƏR LENTİ
03 IYUN 2026
TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Bütün Xəbərlər