5 ildən sonra yenidən ortaya çıxdı - ABŞ-də təhlükəli virus

5 ildən sonra yenidən ortaya çıxdı - ABŞ-də təhlükəli virus
20.08.2026 05:10

ABŞ-nin Miçiqan ştatında beş il ərzində ilk dəfə nadir və təhlükəli infeksiya – ağcaqanad dişləməsi yolu ilə yoluxulan Şərq at ensefaliti virusuna insan yoluxması halı aşkarlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin səhiyyə departamenti məlumat yayıb.

Səhiyyə departamenti ştat sakinlərini repellentlərdən istifadə etməyə, həmçinin küçədə uzunqol geyim və şalvar geyinməyə çağırıb. Bundan əlavə, ağcaqanadların çoxala biləcəyi evlərin ətrafındakı durğun sular mütəmadi olaraq təmizlənməlidir.

Qeyd edək ki, Şərq at ensefaliti bəzi ağcaqanad növləri tərəfindən yayılan nadir virus xəstəliyidir. Virus həşəratın dişləməsi zamanı ötürülür. İnsanlarda xəstəlik ağır keçir və nevroloji simptomlarla müşayiət olunur.

Aysel Mətləb

TodayPress TV