İrəvanda dünyada analoqu olmayan hadisə baş verir: bir qrup erməni Paşinyandan "öldürülməyi" tələb edir

İrəvanda dünyada analoqu olmayan hadisə baş verir: bir qrup erməni Paşinyandan "öldürülməyi" tələb edir
14.05.2026 09:45 Təhlil

Ermənistanın daxili siyasi mühitində Baş nazir Nikol Paşinyanla gənc bir seçici arasında yaşanan son dialoq sadəcə bir narazılıq aktı deyil, həm də ölkənin son 25 illik siyasi keçmişinin qısa xülasəsidir.

2018-ci il hadisələrinin iştirakçısı olduğunu vurğulayan gəncin Paşinyana ünvanladığı ittihamlar, əslində Ermənistan cəmiyyətinin illərdir qəbul etmək istəmədiyi hüquqi reallıqla toqquşmasını əks etdirir.

Gəncin "Qarabağın verilməsi" ilə bağlı iddiası emosional xarakter daşısa da, bu məsələdə hüquqi mübahisəyə yer yoxdur.

Faktiki olaraq bu proses, beynəlxalq hüquq tərəfindən hər zaman Azərbaycanın suveren ərazisi kimi tanınmış torpaqlar üzərində rəsmi Bakının öz ərazi bütövlüyünü bərpa etməsindən ibarətdir. Paşinyanın bu müraciətə verdiyi reaksiya isə daxili auditoriyadakı narazılığı yatırmaq üçün köhnə siyasi idarəçilik modelləri ilə müqayisə metoduna əl atdığını göstərir.

Paşinyanın seçiciyə verdiyi “Əvvəlki vaxt olsaydı, səni tualetdə ölü tapardılar” cavabı, Ermənistanın yaxın tarixinə edilmiş kəskin bir istinaddır. Bu ifadənin arxasında 2001-ci ildə baş vermiş və ölkənin siyasi yaddaşına qara hərflərlə həkk olunmuş “Poqos Poqosyan cinayəti” dayanıb.

Zənnim məni yanıltmırsa, 2001-ci ilin sentyabrında İrəvandakı “Poplavok” kafesində Ermənistanın o zamankı rəhbərliyinin keçmiş sinif yoldaşı Poqos Poqosyan prezidentə sadəcə qeyri-rəsmi şəkildə müraciət etdiyi üçün kafenin tualetində mühafizəçilər tərəfindən vəhşicəsinə döyülərək öldürülmüşdü. O dövrün hüquq sistemi isə bu cinayətə göz yummuş, təqsirkar cəmi bir il şərti cəza ilə azadlığa buraxılmışdı.

Paşinyan bu tarixi hadisəyə istinad etməklə mövcud siyasi vəziyyəti iki fərqli kontekstdə vurğulayır. O, bir tərəfdən vətəndaşın dövlət rəhbərinə birbaşa etiraz edə bilməsini öz dövrünün siyasi sərbəstlik göstəricisi kimi təqdim edir.

Digər tərəfdən isə, Ermənistanın yaxın keçmişindəki zorakı metodları xatırladaraq, müxalif cinahın təmsil etdiyi əvvəlki idarəçilik modelini kəskin şəkildə fərqləndirməyə və həmin dövrün siyasi mühitini daxili auditoriya üçün mənfi bir müqayisə obyekti kimi saxlamağa çalışır... 

Emin Məmməd

XƏBƏR LENTİ
05 IYUN 2026
Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Bütün Xəbərlər