İranda daxili üsyanlar yenidən qaynaya bilər?

İranda daxili üsyanlar yenidən qaynaya bilər?
10.04.2026 16:37 Təhlil

İranda daxili üsyan ehtimalı hazırda çox real və gərgin məsələdir. Bilirik ki, 2025-ci ilin dekabrın 28-də Tehranın Böyük Bazarında başlayan etirazlar sadəcə qiymət artımına qarşı narazılıq deyildi – bu, illərdir yığılan qəzəbin partlayışı idi. Rialın kəskin ucuzlaşması, inflyasiyanın 40 faizdən yuxarı qalxması, ərzaq qiymətlərinin 70 faizə yaxın artması insanları küçəyə çıxardı. Tezliklə hərəkat  31 əyalətə yayıldı, yüz minlərlə insan iştirak etdi. Əvvəlcə iqtisadi tələblər səslənsə də, çox keçmədən “diktatora ölüm”, “rejim bitsin” kimi şüarlar eşitməyə başladıq. 

 

Rejim isə həmişəki kimi amansız cavab verdi. Yanvarın əvvəllərində internet tam kəsildi, küçələrə hərbi texnika çıxdı, snayperlər və avtomatlar işə düşdü. İnsan hüquqları təşkilatlarının məlumatına görə, minlərlə insan həlak oldu – rəsmi rəqəmlər aşağı göstərilsə də, müstəqil mənbələr 36 minə qədər ölüm qeydə alıb. On minlərlə həbs, kütləvi məzarlar, xəstəxanalarda yaralılara belə təzyiq... Fevralda ikinci dalğa gəldi: universitetlərdə tələbələr, damlarda “Allahü Əkbər” səsləri, pəncərələrdən çıxan bayraqlar və.s.  Bu gün də, etirazlar tam sönməyib, amma daha çox simvolik və dağınıq formada davam edir.

Potensial baxımdan ölkədə üsyan üçün torpaq həqiqətən münbitdir. İqtisadi böhran dərinləşir: sanksiyalar, neft gəlirlərinin azalması, su və enerji qıtlığı, milyonlarla insanın yoxsulluq içində yaşaması. 2025-ci ilin iyununda İsrail və ABŞ ilə  12 günlük müharibə, fevralın 28-də Xameneinin öldürülməsi ölkədə böyük boşluq yaratdı. Oğlu Müctəba Xamenei yeni lider olsa da, “Müctəbaya ölüm” şüarları artıq səslənirdi.  Etnik azlıqlar – kürdlər, bəluclar, ərəblər və azərbaycanlılar – ən ağır vəziyyətdədir və bəziləri ayrılıqçı meylləri də gizlətmir.  SEPAH-a  gəldikdə, hələ də güclü görünür, amma xarici təsirlərə arxalanması, daxili həbslər və zədələnmələr zəiflik əlamətidir.  


Buna baxmayaraq, yaxın aylarda böyük, qalib gələn üsyanın baş vermə ehtimalı azdır.  Rejim repressiyanı peşəkar şəkildə idarə edir: internet kəsilməsi, ailələrə təzyiq, kütləvi həbslər insanları yorur və qorxudur. Təşkilatlanma üçün real platforma yoxdur, xarici dəstək isə bəziləri tərəfindən “müdaxilə” kimi qəbul edilir. Amma uzunmüddətli perspektivdə vəziyyət tam fərqlidir. Əgər iqtisadiyyat daha da çökərsə, yeni liderlik böhranı dərinləşərsə və ya SEPAH daxilində ciddi çatlar yaransa, bu qaynar qazan yenidən partlaya bilər. Tarix göstərir ki, etirazlar hər dəfə əvvəlkindən daha geniş və radikal olur.  Buna  2009, 2019 və 2022 etiraz dalğalarını misal çəkə bilərik. 

Nəticədə, İranda daxili üsyan potensialı çox yüksəkdir, çünki problemlər sistemli və dərindir. Amma bu potensialın reallaşması üçün rejimin içindən ciddi zəiflik və ya güclü xarici katalizator lazımdır. Hazırda ölkə sakit görünür, amma səthin altında vulkan qaynayır. Hadisələrin gələcəyi isə Tehrandakı qərarlardan, iqtisadi vəziyyətdən və beynəlxalq təzyiqdən asılıdır – buna bir qığılcım kifayət edə bilər.   

Jalə Rövşən

NEWS FEED
01 JUNE 2026
İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 All News