Ən ağıllı erməni: "Çıxış yolumuz Bakı və Ankaradır!'"

Ən ağıllı erməni: "Çıxış yolumuz Bakı və Ankaradır!'"
08.04.2026 12:06 Təhlil

ABŞ, İsrail və İran arasında fevralın sonundan bəri davam edən müharibədə aprelin 8-də iki həftəlik atəşkəs razılaşması əldə olunub. 


Bu proses Cənubi Qafqaza, xüsusilə Ermənistana birbaşa təsir göstərir. Martın 5-də İran dronlarının Naxçıvan Beynəlxalq Aeroportuna vurduğu zərbə regionda gərginliyin nə qədər asanlıqla yayıldığını göstərdi. Eyni zamanda ABŞ-nin dəstəklədiyi TRIPP (Trump Route for International Peace and Prosperity) nəqliyyat dəhlizinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb.

Bu yeni geosiyasi reallıq Ermənistanın xarici siyasət strategiyasını yenidən düşünməyə vadar edir. Kiçik dövlət kimi Ermənistan böyük oyunçuların müharibə məntiqindən kənarda qala bilmir və öz təhlükəsizlik risklərini minimuma endirmək məcburiyyətindədir.

TodayPress TV-yə danışan erməni jurnalist Natali Aleksanyana görə, Ermənistan ətrafında formalaşan yeni geosiyasi reallıq uzun illər boyu kök salmış yanaşmalara yenidən baxmağı zəruri edir:


“Yaxın Şərqdə gərginliyin artması, xüsusilə ABŞ–İsrail–İran üçbucağında baş verən proseslər sadə həqiqəti göstərir: kiçik dövlətlər böyük oyunçuların məntiqi ilə yaşaya bilməzlər. Bu şəraitdə Ermənistan üçün əsas prioritet geosiyasi düşərgələr arasında seçim etmək deyil, ən yaxın və həssas istiqamətlərdən başlayaraq öz risklərini azaltmaq olmalıdır. Bu istiqamətlər isə aydındır: Türkiyə və Azərbaycan. Burada yanaşmanın mahiyyətini düzgün anlamaq vacibdir. Söhbət emosiyalardan, tarixi qiymətləndirmələrin yenidən nəzərdən keçirilməsindən və ya ümumiyyətlə dostluqdan getmir. Söhbət dövlət maraqlarından irəli gələn, mərkəzində sabitliyin təmin olunması dayanan soyuq, hesablanmış siyasətdən gedir”.

Jurnalistin qənaətincə, Ermənistan təhlükəsizlik sahəsində əsas risklərinin birbaşa regiondan qaynaqlandığını nəzərə almaya bilməz:

“Deməli, əgər gərginliyi azaltmaq, kommunikasiyaları açmaq, daha proqnozlaşdırıla bilən mühit formalaşdırmaq üçün, hətta məhdud da olsa, imkan mövcuddursa, bu imkandan istifadə olunmalıdır. Çünki azaldılmış hər bir risk qazanılmış vaxt deməkdir, belə şəraitdə isə vaxt ən qiymətli resursdur. Eyni zamanda belə siyasət Ermənistana tez-tez öz maraqlarını rəhbər tutan və hər zaman real təhlükəsizlik zəmanətləri verməyə hazır olmayan xarici qüvvələrdən daimi asılılıq vəziyyətindən çıxmağa imkan verir. Regionda gərginlik səviyyəsi azaldıqca, xarici təsir rıçaqları da zəifləyir. Bu yanaşma narahat görünə və ölkə daxilində tənqid doğura bilər, lakin dövlət siyasəti komfort üzərində deyil, effektivlik üzərində qurulur. Bu halda effektivlik müharibə ehtimalının maksimum dərəcədə azaldılması və gələcək üçün daha proqnozlaşdırıla bilən mühitin formalaşdırılması deməkdir”.

N.Aleksanyan düşünür ki, Ermənistan qlobal münaqişələrin gedişatını dəyişə bilməz, lakin öz yaxın mühitində gərginliyin azaldılması üzərində işləyə bilər və işləməlidir. Əgər Türkiyə və Azərbaycanla münasibətlərin mərhələli normallaşdırılması, hətta mürəkkəb və ziddiyyətli şəraitdə belə, risklərin azalmasına gətirib çıxarırsa, bu, güzəşt kimi deyil, rasional və uzaqgörən dövlət siyasəti kimi qiymətləndirilməlidir.


“Regionda gərginliyin azaldılmasına və proqnozlaşdırıla bilmənin artırılmasına yönəlmiş hər bir addım, müxtəlif dairələr tərəfindən nə qədər mürəkkəb və ziddiyyətli qəbul olunsa da, öz dəyərinə malikdir. Həmçinin qeyd etmək lazımdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan addımlar, hətta məhdud səviyyədə belə, vəziyyətin sabitləşdirilməsinə və yeni eskalasiya risklərinin azaldılmasına yönəlib. Bu, problemlərin tam həll edilməsi və ya ziddiyyətlərin aradan qaldırılması demək deyil. Lakin siyasətdə çox vaxt əsas nəticə yekun həll deyil, risklərin idarə olunması və vaxt qazanılmasıdır. Məhz bu baxımdan belə yanaşmalar regional gərginliyin azaldılmasına və daha proqnozlaşdırıla bilən mühitin formalaşdırılmasına yönəlmiş ayıq və praqmatik siyasətin təzahürü kimi qiymətləndirilməlidir”, - deyə N.Aleksanyan fikirini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 All News