Ən ağıllı erməni: "Çıxış yolumuz Bakı və Ankaradır!'"

Ən ağıllı erməni: "Çıxış yolumuz Bakı və Ankaradır!'"
08.04.2026 12:06 Təhlil

ABŞ, İsrail və İran arasında fevralın sonundan bəri davam edən müharibədə aprelin 8-də iki həftəlik atəşkəs razılaşması əldə olunub. 


Bu proses Cənubi Qafqaza, xüsusilə Ermənistana birbaşa təsir göstərir. Martın 5-də İran dronlarının Naxçıvan Beynəlxalq Aeroportuna vurduğu zərbə regionda gərginliyin nə qədər asanlıqla yayıldığını göstərdi. Eyni zamanda ABŞ-nin dəstəklədiyi TRIPP (Trump Route for International Peace and Prosperity) nəqliyyat dəhlizinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb.

Bu yeni geosiyasi reallıq Ermənistanın xarici siyasət strategiyasını yenidən düşünməyə vadar edir. Kiçik dövlət kimi Ermənistan böyük oyunçuların müharibə məntiqindən kənarda qala bilmir və öz təhlükəsizlik risklərini minimuma endirmək məcburiyyətindədir.

TodayPress TV-yə danışan erməni jurnalist Natali Aleksanyana görə, Ermənistan ətrafında formalaşan yeni geosiyasi reallıq uzun illər boyu kök salmış yanaşmalara yenidən baxmağı zəruri edir:


“Yaxın Şərqdə gərginliyin artması, xüsusilə ABŞ–İsrail–İran üçbucağında baş verən proseslər sadə həqiqəti göstərir: kiçik dövlətlər böyük oyunçuların məntiqi ilə yaşaya bilməzlər. Bu şəraitdə Ermənistan üçün əsas prioritet geosiyasi düşərgələr arasında seçim etmək deyil, ən yaxın və həssas istiqamətlərdən başlayaraq öz risklərini azaltmaq olmalıdır. Bu istiqamətlər isə aydındır: Türkiyə və Azərbaycan. Burada yanaşmanın mahiyyətini düzgün anlamaq vacibdir. Söhbət emosiyalardan, tarixi qiymətləndirmələrin yenidən nəzərdən keçirilməsindən və ya ümumiyyətlə dostluqdan getmir. Söhbət dövlət maraqlarından irəli gələn, mərkəzində sabitliyin təmin olunması dayanan soyuq, hesablanmış siyasətdən gedir”.

Jurnalistin qənaətincə, Ermənistan təhlükəsizlik sahəsində əsas risklərinin birbaşa regiondan qaynaqlandığını nəzərə almaya bilməz:

“Deməli, əgər gərginliyi azaltmaq, kommunikasiyaları açmaq, daha proqnozlaşdırıla bilən mühit formalaşdırmaq üçün, hətta məhdud da olsa, imkan mövcuddursa, bu imkandan istifadə olunmalıdır. Çünki azaldılmış hər bir risk qazanılmış vaxt deməkdir, belə şəraitdə isə vaxt ən qiymətli resursdur. Eyni zamanda belə siyasət Ermənistana tez-tez öz maraqlarını rəhbər tutan və hər zaman real təhlükəsizlik zəmanətləri verməyə hazır olmayan xarici qüvvələrdən daimi asılılıq vəziyyətindən çıxmağa imkan verir. Regionda gərginlik səviyyəsi azaldıqca, xarici təsir rıçaqları da zəifləyir. Bu yanaşma narahat görünə və ölkə daxilində tənqid doğura bilər, lakin dövlət siyasəti komfort üzərində deyil, effektivlik üzərində qurulur. Bu halda effektivlik müharibə ehtimalının maksimum dərəcədə azaldılması və gələcək üçün daha proqnozlaşdırıla bilən mühitin formalaşdırılması deməkdir”.

N.Aleksanyan düşünür ki, Ermənistan qlobal münaqişələrin gedişatını dəyişə bilməz, lakin öz yaxın mühitində gərginliyin azaldılması üzərində işləyə bilər və işləməlidir. Əgər Türkiyə və Azərbaycanla münasibətlərin mərhələli normallaşdırılması, hətta mürəkkəb və ziddiyyətli şəraitdə belə, risklərin azalmasına gətirib çıxarırsa, bu, güzəşt kimi deyil, rasional və uzaqgörən dövlət siyasəti kimi qiymətləndirilməlidir.


“Regionda gərginliyin azaldılmasına və proqnozlaşdırıla bilmənin artırılmasına yönəlmiş hər bir addım, müxtəlif dairələr tərəfindən nə qədər mürəkkəb və ziddiyyətli qəbul olunsa da, öz dəyərinə malikdir. Həmçinin qeyd etmək lazımdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan addımlar, hətta məhdud səviyyədə belə, vəziyyətin sabitləşdirilməsinə və yeni eskalasiya risklərinin azaldılmasına yönəlib. Bu, problemlərin tam həll edilməsi və ya ziddiyyətlərin aradan qaldırılması demək deyil. Lakin siyasətdə çox vaxt əsas nəticə yekun həll deyil, risklərin idarə olunması və vaxt qazanılmasıdır. Məhz bu baxımdan belə yanaşmalar regional gərginliyin azaldılmasına və daha proqnozlaşdırıla bilən mühitin formalaşdırılmasına yönəlmiş ayıq və praqmatik siyasətin təzahürü kimi qiymətləndirilməlidir”, - deyə N.Aleksanyan fikirini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 Все новости